Biznes-klassla uçub hava limanında gecələyən səyyahın ŞƏXSİ TƏCRÜBƏSİ

Biznes-klassla uçub hava limanında gecələyən səyyahın ŞƏXSİ TƏCRÜBƏSİ
Şəxsi təcrübə 15 Mart 2018 09:34 772
Biznes-klassla uçub hava limanında gecələyən səyyahın ŞƏXSİ TƏCRÜBƏSİ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə səyahətçi Rasim Ağazadənin təəssüratını təqdim edir:

 

“...Oturmuşdum hostelde mene mail gəldi (o Hindistannan, Vietnama gedən qardaşa gələn maildən yox amma. Hardadı bizdə o bəxt) Deməli mail bu gün uçuşum olduğuna bildiriş maili idi. Saat 18:45 də uçuşum var. Saatda 13:45 di. Cibimdə yalnız ABŞ və Avstraliya dolları var. Qaldığım hosteldən hava limanına qədər 16-17 km ə yaxın yol var. Yerli avtobuslar yalnız nəğd pul qəbul edir. Mənə ən yaxın ATM və ya Exchange şəhərin aeraporta əks istiqamətində, 14-15 km məsafədədir. Eləmədim tənbəllik(gəzməyi sevirəm) 30 kqlıq 2 backpack ilə piyada yola düşdüm hava limanına. 10 km getdikdən sora şəhərdə leysan yağmağa başladı. 1-2 dəfə avtostop eləməyə çalışsamda kimsə maşın saxlamadı(əslində icazə yoxdu avtostopa). Nə isə uçuşa 1saat 15 dəyqə qalmış su içində daxil oldum hava limanına və yaxınlaşdım check-ine. Mənnən başqa 5-10 nəfər varıydı. Növbə mənə çatanda xanım mənnən pasportumu istədi və açanda bu pasportun hansı ölkəyə aid olduğunu soruşdu(adını tələffüz edə bilmədi). Məndə cavabında “Əzöbaijan” deyə tələffüz eliyənnən sora xanıma əksəriyyət kimi ölkənin Türkiyə və Rusiya(qonşuları tanıdı) ilə qonşu olduğunu başa saldım. Nə isə backpackin birini təhvil verənnən sora mənə bilet uzatdı. Pəəəh econom klassda yer qalmayıb və məni bizness klassa keçirdiblər. Dünyanın ən səviyyəli hava yollarınnan biri Emiratesin bizness klassı. O yorğunluq, su içində olmam yaddan çıxdı. Çoox səviyyəli bir uçuş (yəqinki birinci və axırıncı dəfədi) keçirtdim. Ən əsasda alkoqol sevən biri üçün Novruz bayramı idi. Uçuşum Christchurchdan (Yeni Zelandiya) Sidneye idi (Avstraliya). Indidə Sidney aeraportunda seher saat 8 ə qədər yatmağa yer tapmışam. Səhər rent carı götürmək üçün şəhərə gedib qayıtmaq istəmirəm(şəhərə qatar gedib qayıtmaq 32 usd, ən ucuz otel və ya hostel minimum 50 usd). Qardaşım demişkən bəlkədə yeganə insanam ki, bizness klassnan uçub hava limanında yatıram…”

 

 

OXŞAR XƏBƏRLƏR