Bu ölkədə mütəxəssislərə ehtiyac kəskin artıb - İŞÇİ AXTARILIR

Bu ölkədə mütəxəssislərə ehtiyac kəskin artıb - İŞÇİ AXTARILIR
Xaricdə iş və miqrasiya 15 Mart 2018 13:20 4168
Bu ölkədə mütəxəssislərə ehtiyac kəskin artıb - İŞÇİ AXTARILIR

İsveç Sahibkarlar Konfederasiyasının üzv şirkətlər arasında apardığı sorğuya əsasən hazırladığı yeni hesabata istinadla xəbər verir ki, 2016-cı ildən başlayaraq işçi qəbulu problemi yüksələn xətlə artıb.

 Hesabatda qeyd edilir ki, axırıncı sorğunun keçirildiyi vaxtdan sonra İsveç Sahibkarlar Konfederasiyası ölkədəki on şirkətdən yeddisinin işə yeni əməkdaşların qəbulu zamanı çətinliklə üzləşdiyi qənaətinə gəlib. 2016-cı ildə respondentlərin yarıdan çoxu bildirmişdi ki, onlar üçün uyğun işçilər tapmaq “çətin”, yaxud “çox çətindir”. Son məlumatlara görə, indi bu rəqəm 72 faiz təşkil edir, şirkətlərin 27 faizi isə zəruri sayda işçi toplaya bilmədiklərini bəyan ediblər. Statistik məlumatlara əsasən, İsveçdə işsizliyin səviyyəsi 6,5 faizdir, lakin işsizlərin əksəriyyətini təşkil edən və bu yaxınlarda krallığa gəlmiş miqrantlar ölkə dilini öyrənmək, təhsil almaqla məşğuldurlar. İsveçin bir sıra mətbuat orqanları öz növbəsində qeyd edirlər ki, miqrasiya qanunlarını sərtləşdirməyə çalışan hökumətin əcnəbilərə yaşamaq hüququ verilməsi proseduralarını ağırlaşdırması ölkədən mütəxəssis axınına səbəb olub. Bu cür miqrasiya siyasəti ən çox ölkədə informasiya texnologiyaları sahəsinə mənfi təsir göstərir. Bu sahədə yeni mütəxəssislərə kəskin ehtiyac duyulur, amma onların yerli əmək bazarı hesabına cəlb edilməsi mümkün deyil. ©Azərtac

OXŞAR XƏBƏRLƏR