Azor adalarındakı cənnət - ŞƏXSİ TƏCRÜBƏ

Azor adalarındakı cənnət - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 22 Mart 2018 11:23 840
Azor adalarındakı cənnət - ŞƏXSİ TƏCRÜBƏ

Səyyah-fotoqraf Əli Əkbərin qeydlərindən:

 

"...Amerika ilə Avropa arasında, okeanın tən ortasında Portuqaliyaya məxsus Azor adaları. Nə bir əyləncə gördüm, nə bir hay-haray. İdeal sakit, gözəl təbiətli bir məkan! Delfin, balinaların miqrasiya yolu da düz bu adaların həndəvərindən keçir.

 

Bu arxipelaqın San-Migel adasında oldum. Cəmisi 137 min əhalisi var. 1493-cü ildə Xristofor Kolumbun özü Amerikadan qayıdanbaş ayaqüstü bu adaya da dəymişdi.

 

Adada demək olar ki, bütün göllər sönmüş vulkan kraterlərində yaranıb. Ada özü də başdan-ayağa qortenziya gülləri ilə dolu idi. Özü də rəngbərəngindən.

 

Çox uzaqdı deyə turistləri cəlb etmək üçün hər şey də ucuz. Qaldığım hər bir şəraitli otelin qiyməti təqribən 120-130 AZN (səhər yeməyi daxil).

 

Yolunuz düşsə ayaqüstü siz də dəyin..."

OXŞAR XƏBƏRLƏR