Amsterdamın aşkar və gizli tərəfi – ŞƏXSİ TƏCRÜBƏ

Amsterdamın aşkar və gizli tərəfi – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 23 Mart 2018 10:50 885
Amsterdamın aşkar və gizli tərəfi – ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə səyahətçi Nərmin Əhmədovanın təəssüratını təqdim edir:

 

"....Yazacam sizə Avropa turundakı (Luksemburq, Almaniya-Trier, Fransa-Metz, Belçika-sonrakı yazılarımda) Amsterdam səfərimdən.

Sizin sayənizdə öyrəndiklərimi 6 saat ərzində maps.me saytının köməyi ilə qaça-qaça tətbiq etdim, demək olar ki, şəhəri gəzdim.

Həə keçək əsas məsələyə, Amsterdam-city of freedom .

Şanxaydan sonra çoooox bəyəndiyim şəhərdir. Luksemburqdan ora 50 euroya avtobusla gediş-dönüş bileti aldıq, ancaq online satılır. Yanvarda getdiyimə baxmayaq rəngarənglik, maraqlı küçələr, insanlar bir sözlə hər şey yaddaşımda unudulmayacaq xatirələrlə qaldı.

Bir çox irili-xırdalı muzeylərə girdim (bildiniz hansı ), əsas marağında olduğum Madame Tussauds muzeyinə giriş 22 euro idi, utanmadan dedim tələbəyəm bilet istədilər, ee bizdə çox bilmiş millət olaraq həmin dəqiqə bir şəkilli vəsiqə göstərdim (Bakıda bir tədbirə qatılmışdım, iştirakçı vəsiqəsi idi) xanım baxdı gördü başqa dildədir Ok verib 19 euro ödəməyimi istədi elə bil nəsə böyük iş görmüşdüm, özümlə fəxr edirdim.

Sonra Red Light Streete getdim, VAllah camaat deyir çəkiliş qadağandır və s. amma inanmayın mən elə 10 dəqiqə gəzdim oranı 3 video çəkdim, bəlkə də bəxtim gətirdi dəyib-dolaşan olmadı, qızlar görəndəki çəkirəm qapını açıb qışqırırdılar, biri lap pis formada yarı çılpaq çıxdı çölə qışqıra qışqıra

-Fuck, fuck, fuck Fuck off,

Məndə qəfil reaksiya, özümdən asılı olmadan öz ana dilimdə:

- Nədi azzz, nə qışqırırsan? Eləbil yaxşı yoldadıyeee(((( utanmaz, tərbiyəsiz, gir içəri, abırın olsun, turistəmeee mən .

Əsas məsələ Coffee shoplara girdim, bir yazıq sifətlə ömrümdə ilk dəfə ziyanlı bir şeyi satın alırdım, satıcıya dedim ki, bəs mən keks istəyirəm, o da soruşdu ki,

-for beginner or strong?

Küçük Əmrah kimi dedim ki,

-strong olsun amca payam vay benim, tadı aklımda kalsın falan.

Kişi yaxşı ki, mənə qulaq asmadı, başlanğıc üçün verdi. Dedim bəs dostlarıma aparacam dedi açmadan 10 gün saxlamaq olar, amma qadağandı başqa ölkəyə)) nəysə 4 ədəd aldım (biri 7 euro)

Allah üzümə baxdı ki, orda yemədim, gəldim Belçikada ac mədəyə yedim. 1 saat sonra tutdu məni. Nəzir dedim ki, ölməyim Bakıya çatım sağ-salamat)) hər şey üstümə gəlirdi, beynimin içində səslər, su içmək istəyirəm dayanmadan, şirin yeyirəm, qulağım eşidə-eşidə yanımdakı uşaqlar rəfiqəm Turana deyir ki, qoyma yatsın ürəyi dayanar yoxsa.

Mənlə gedən uşaqlar orda yedi, biri Tovuzdan idi dedi qaqa ömrümdə bir dəfə Amsterdama gələsən şəhər yadında qalmaya .

Təknə turu- 11 euro şəhəri tur edirsən, insanlar mədənidir, söz soruşursan canla-başla cavab verir, xidmət sektoru ən bəyəndiyim Almaniyadan biraz geri qalırdı, ümumi təəssüratım çox müsbətdir. Mütləq görməli olduğunuz şəhərlərdən biridir. Həmişə gəzməkdə!...”

OXŞAR XƏBƏRLƏR