Romaya getməyin ən ucuz yolu – ŞƏXSİ TƏCRÜBƏ

Romaya getməyin ən ucuz yolu – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 26 Mart 2018 10:54 1470
Romaya getməyin ən ucuz yolu – ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə səyahətçi Elvin Məmmədlinin təəssüratını təqdim edir.

 

“...Salam, gəzənçi dostlar)

Roma səyahətini yenicə başa vurmuşam, təxmini büdcə və gəzməli yerləri barədə öz təcrübəmi qısaca paylaşmaq istərdim:)

 

Yol xəritəm:

Gediş: Bakı -Tbilisi (Avtobusla - 12 azn, 10 saat yol); Tbilisi - Kutaisi (Didubedən raf- 14 azn, 3.5 saat yol); Kutaisi - Milan (Wizzair - 69 azn; 4 saat yol)

Milan - Roma (Qatarla - 25 azn; 8 saat yol)

 

Dönüş: Roma - Saloniki (Ryanair - 40 azn, 1.5 saat yol); Saloniki - Kutaisi ( Wizzair - 100 azn, 2 saat yol); Kutaisi - Tbilisi (havayı:); Tbilisi - Bakı ( avtobusla - 15 azn)

 

Yol pulu cəmi xərc: təxm. 250 azn.

Bu, Romaya getməyin bəlkə də ən aşağı büdcəli və eyni zamanda ən yorucu variantı idi)

 

Gəzməli yerlər: Colosseum, Roman Forum, Colonna Traiana, Piazza Venezia (Vittoriano abidəsi). Saydıqlarım bir-birinə çox yaxın yerləşir və Colosseum metrostaniyanın çıxışından başlayaraq şəhər mərkəzi istiqamətində gəzə-gəzə getsəniz, yolboyu bütün bunları görə bilərsiniz) Panteon, Spanish steps, Trevi Fountain, Villa Borghese; çayın digər sahilində Stadio Olimpico (Roma fk-nın stadionu), Vatican kimi yerləri də mütləq siyahıya daxil edin.

 

Qeyd: Romada public transportdan birdəfəlik istifadə üçün gediş haqqı 1.5 avrodur( 100 dəq. ərzində); 7 avroya 24 saat istənilən nəqliyyatdan limitsiz istifadə üçün də bilet mövcuddur.

 

Maraqlı fakt: orda deyirdilər ki, fontanların suyu içməlidir.

 

P.S. Roma haqda nə qədər danışsaq azdır, amma...) Qısaca, həqiqətən çox gözəl şəhərdir. Bir şəhərdə nə qədər görməli yerlər, abidələr, tarixi məkanlar, muzeylər və s. ola bilərsə, bunların hamısı Romada var) Hər küçəsi bir tamaşadır. "Açıq səma altında muzey" ifadəsi bu şəhərə çox uyğundur..

 

Fotolarda isə gəziləsi yerlərin sadəcə bir hissəsini attach edirəm, görməyənlər üçün maraqlı olar….”

OXŞAR XƏBƏRLƏR