Budapeşt nəqliyyatının turist güzəşti – ŞƏXSİ TƏCRÜBƏ

Budapeşt nəqliyyatının turist güzəşti – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 26 Mart 2018 13:16 1124
Budapeşt nəqliyyatının turist güzəşti – ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə səyahətçi Kərim Tahiroğlunun təəssüratını təqdim edir.

“....Bilənlər bilir. Macarıstanda çox mükəmməl içtimai nəqliyyat sistemi var. Ödəniş şəkli nəğd, birdəfəlik bilet, 1-5 günlük kartlar və bir aylıq gediş olmaqla müxtəliflik təşkil edir. Biletləri kompost etmək, kart və aylıq gedişləri isə sürücüyə göstərmək lazımdır.

 

Kart və aylıq gedişlər daha sərfəli olduğundan insanlar bilet və nəğd ödənişdən daha az istifadə edirlər. Hər dəfə avtobus və metroya minəndə kart və aylıqları əslində nəzarətçilərə göstərmək lazım olsa da, praktiki olaraq bunu heç kim etmir. Heç nəzarətçilər də bunu tələb etmirlər.

 

Bu onu göstərir ki, dövlət vətəndaşına inanır və güvənir. Vətəndaş da dövlətini sevir və dürüstlük edərək qanunlarına hörmət edir. Həqiqətən də nəzarətçilər tərəfindən yoxlanmayan sərnişinlərin 90%-inin cibində günlük kart və ya aylıq gedişləri olur. Geriyə qalan 10% isə adətən müftəxor turistlər olur...

 

P.S. Turistlər üçün Budapest Card almaqları şiddətlə tövsiyyə olunur. Bununla həm nəqliyyatdan limitsiz istifadə etmək olar, həm də bir çox turistik məkanlara pulsuz giriş və/vəya endirim qazanmaq olar...”

OXŞAR XƏBƏRLƏR