Fransaya Şengen vizası almaq üçün tələblər – ŞƏXSİ TƏCRÜBƏ

Fransaya Şengen vizası almaq üçün tələblər – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 28 Mart 2018 11:33 964
Fransaya Şengen vizası almaq üçün tələblər – ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə səyahətçi Nərmin Elçinin səfərə hazırlıq təəssüratını təqdim edir:

“....Bir aydan çoxdu Fransa şengen vizasına hazırlaşırdıq iş yoldaşımla. Nəhayət ki, bu gün cavab çıxdı və aldıq vizanı. Burda dəfələrlə post yazıb soruşmuşdum heç kim ümidli danışmırdı çünki iş yoldaşımın ilk vizası idi (mənim bir Çexiya şengen və bir Polşa milli vizam olduğuna görə nisbətən ümidli sayılırdım) və biz 18 günlük müraciət edirdik. Bank hesabında göstərdiyimiz məbləğ 1500 avro oldu 18 gün üçün. Çoxu deyirdi azdı verməyəcəklər amma günə 65 avro demişdilər bizə minimum. Bu hesabla çox idi hətta. İş yerindən arayış alaraq maaşımızı göstərmişdik (minimum göstərilən maaş 900AZN idi). Bilet, otel bron idi. Elə vizanı verdiyimiz günün səhəri işə zəng etdilər. Arayışda bir cümlədən narahat idilər onu aydınlaşdırdılar. Düzü o zəngdən sonra ümidli deyildik.

Bizim dəli kimi həyəcanlanmağımızı saymasaq ümumi prosedur sadə və rahat oldu. 3 iş günü ərzində də cavab çıxdı.

Söz vermişdim ki, vizanı alıb gedim sizinlə maraqlı məlumatlar və fotolar bölüşəcəm. 29mart 15 aprel tarixində olacaq səfərimiz. Çalışacam işin biraz da maddi baxımından məlumat verim ki, gəzmək üçün pulu bəhanə edənlərə motivasiya olsun...”

OXŞAR XƏBƏRLƏR