Ən ucuz Kanada universitetləri - Siyahı və QİYMƏTLƏR

Ən ucuz Kanada universitetləri - Siyahı və QİYMƏTLƏR
Təhsil və karyera 29 Mart 2018 11:10 1559
Ən ucuz Kanada universitetləri - Siyahı və QİYMƏTLƏR

Tələləbələr Montreal, Toronto və Vancouver kimi şəhərlərində bahalı həyat və yüksək təhsil şəraiti ilə qarşılaşsa da tələbə mübadilə proqramları, uzaqdan təhsil variantları, bakalavr və maqistr şagirdlərinə təqaüd, həkim və tədqiqat aparmaq istəyən tələbələrə isə araşdırma fondları ilə dəstək verən bir çox Kanada universitetləri var.

Kanadada aşağı qiymətli təhsil təklif edən universitetlərə nəzər salsaq görərik ki, illik təhsil haqqları müxtəlif və Kanada üçün əlverişli olacaq universitetlər var.

1. Memorial University of Newfoundland Memorial University of Newfoundland beynəlxalq tələbələr üçün Kanadada ucuz qiymətli təhsil təklif edən universitetlər arasındadır. 1925-ci ildə təsis edilən təhsil müəssisəsi, xüsusilə iş, mühəndislik və tibb sahələrində ölkənin ən əhatəli və keyfiyyətli universitetlərindən biridir. Dörd əsas kampus, zəngin kitabxana, müasir yaşayış vasitələri, Bruneau Tədqiqat Mərkəzi və Okean Elm Mərkəzi və Memorial Universiteti 18 mindən çox tələbə qəbul edə bilir. Universitetin Beynəlxalq tələbələri üçün orta hesabla illik 8,800 CAD$ civarındadır.. Universitetin linki: https://www.mun.ca/

2. Brandon University 1889-cu ildə Manitoba şəhərində qurulan Brandon Universiteti, ölkədə sənət, musiqi və elm təhsilinin bir neçə aparıcı universitetlərdindən biridir. Ətraf Mühit Elm Laboratoriyaları, Mikro Analtik elmi ilə zəngin bakalvar və maqistr proqramlarının müxtəlifliyi ilə diqqət çəkir; təhsil və araşdırmada mükəmməllik, ətraf mühitin davamlılığı, akademik azadlıq kimi dəyərləri ilə tələbələri araşdırmaya, yeni fikirlərə və yaratmağa təşviq edər və burslarla dəstək verir. Təqaüdlərə müraciətlər mart ayından başlayır. Xarici tələbələr üçün illik təhsili haqqı 8.000 CAD $ civarındadır. Universitetin linki: https://www.brandonu.ca/

3. Athabasca University Athabasca Universiteti Kanadada onlayn / uzaqdan təhsil üzrə ixtisaslaşan ilk dövlət universitetlərindən biridir. 87 fərqli ölkədən və Kanadadan 40.000 dən çox şagirdə qapılarını açan universitet, 90-a yaxın bakalavr və maqistr dərəcəsi ilə diplom və sertifikat proqramlarını təklif edir. Təhsil müəssisəsi yeni fikirlərin və araşdırmaların yayılması məqsədi ilə tələbələrini həm uzaqdan təhsil həm də əyani sistemdə fəal olaraq təqaüdlərə dəstəklərkən eyni zamanda kariyeraya dəstək xidmətləri, iş tapılmasında, CV yazılamısında, iş müsahibələrində uğurlu olmağın yolları mövzularında birbaşa dəstək göstərilir. Xarici tələbələr üçün illik təhsil haqqı 9.000-10.000 CAD$ təşkil edir. Universitetin linki: http://www.athabascau.ca/

4. University of Manitoba Manitoba şəhərində 1877-ci ildə təsis edilən təhsil müəssisəsi Kanadanın qərbindəki ilk universitetdir. 25.000-dən çox şagirdi və 100 fərqli ölkədən gələn beynəlxalq tələbələrə zəngin bir kampus mühiti təqdim edən Manitoba Universiteti, xüsusilə hüquq, tibb və mühəndislik başda olmaq üzrə müxtəlif bakalavr və magistr dərəcələri təklif edir. Universitet ayrıca 20-dən çox elmitədqiqat mərkəzi və həkimələrin araşdırmalarına istiqamətli imkanlar verir. Yoluxucu xəstəliklər, əhali və cəmiyyət sağlamlığı, davamlı kənd təsərrüfatı kimi mövzularda mükafatlı təhsil üzvlərinə malikdir. Beynəlxalq tələbələr üçün illik təhsil haqqı 12.000 CAD$ dolları civarındadır. Universitetin linki: http://umanitoba.ca/

5. University of Prince Edward Island Kanada universitetinin illik qiymətləri, Amerika və İngiltərəyə nisbətən daha uyğun olduğundan seçəcəyiniz universitetin yerləşdiyi şəhər, qonaqlama və asan,ucuz nəqliyyat sistemlərini yaxşıca dəyərləndirməyiniz lazımdır. Məsələyə bu qeyd olunan tərəflərdən baxarkən Prince Edward Island Universiteti, illik təhsil haqqı və xarici tələbələrə göstərdiyi mövcud 11 təqaüd ilə tələbələrə xüsüsi diqqət göstərir. Beynəlxalq tələbələr üçün illik  təhsil haqqı 7.000 CAD$ civarındadır. Universitetin linki: http://www.upei.ca/

6. Universite de Saint-Boniface Kanadada Manitoba əyalətində 1818-ci ildə təsis edilən universitet, Fransız dili təhsili verən xüsusi təhsil müəssisəsidir. Saint-Boniface Universiteti biznes, elm, incəsənət və təhsil sahəsində zəngin bakalavr proqramları ilə diqqəti cəlb edir, eyni zamanda, Saint-Boniface Universiteti biznes idarəçiliyi, sənət, elm və sağlamlıq sahəsində diplomlara və sertifikatlara sahibdir. Universitetin illik təhsil haqqı 6.680 CAD$ civarındadır. Universitetin linki: https://ustboniface.ca/ ©Eventaz

OXŞAR XƏBƏRLƏR