Kanadaya köçmək üçün ən məşhur və ən asan yol – EKSPRES GİRİŞ

Kanadaya köçmək üçün ən məşhur və ən asan yol – EKSPRES GİRİŞ
Təhsil və karyera 29 Mart 2018 13:02 5295
Kanadaya köçmək üçün ən məşhur və ən asan yol – EKSPRES GİRİŞ

Bu proqramda uğurlu olmuş şəxslər Kanadada ömürlük yaşamaq icazəsi əldə edirlər və Kanadaya köçmək üçün ən məşhur və ən asan yol sayılır.

Demək olar ki, bütün peşə sahibləri müraciət edə bilərlər. Proqramda uğurlu olmaq üçün əsas tələb ingilis dili biliyidir. Qısa olaraq desək ingilis dilini öyrənməklə bu proqram vasitəsilə Kanadada ömürlük yaşamaq icazəsi əldə edə bilərsiniz. QEYD: Bütün uğurlu müştərilərimiz Kanadada (əsasən xidmət sahəsində) işlə 100% təmin olunacaqlar

Ekspres Girişə qoşulmaq üçün şərtlər Yaş Bu proqrama 40 yaşa kimi (əgər təhsiliniz magistr və daha yüksəkdirsə) şəxslərin müraciət etməsi tövsiyə edilir. (Təhsili bakalavr olan 35 yaşdan yuxarı şəxslərin müraciət etməsi tövisiyə olunmur.)

Təhsil

Müraciət etmək üçün ən azı bakalavr təhsiliniz olmalıdır. Təhsiliniz istənilən sahədə ola bilər. Tibb bitirmiş şəxslərin təhsili magistr dərəcəsi kimi qəbul olunur. İngilis dili biliyi Müraciət zamanı İngilis dili dərəcəniz yüksək səviyyədə olmaya da bilər. Lakin, kurslara yazılıb inkişaf etdirməlisiniz. Bütün namizədlərdən ingilis dilindən General IELTS testindən keçmək tələb olunur. Yaşınızdan asılı olaraq, tələb olunan IELTS balı 7.0-8.0 arasıdır. Kurslarımıza yazılan bütün müştərilərimizə lazım olan IELTS balını yığmağa zəmanət verilir.

Yeni sistem nəyə görə Ekspres Giriş adlanır?

Əvvəlki Kanada proqramlarından fərqli olaraq bu sistem vasitəsilə Kanada dövləti dəvət almış xarici vətəndaşları çox qısa vaxt ərzində (6 aya kimi) qəbul edəcəkdir. Müddətin qısa olmasına görə bu sistem Ekspress Giriş adlandırılmışdır. Bu proqramda uğurlu olduqdan sonra nə əldə edirsiniz və hansı hüquqlarınız olur? Kanadada ömürlük oturum əldə edirsiniz (permanent resident card). Bu statusu aldıqdan sonra Kanada vətəndaşları ilə eyni hüquqlara sahib olursunuz, istənilən işlə məşğul ola bilərsiniz. İstənilən qədər Azərbaycana gəlib getmək olar. Sadəcə olaraq bu statusu qorumaq üçün 5 il ərzində 2 il Kanada daxilində olmaq tələb olunur. Əgər evlisinizsə, həm həyat yoldaşınız, həm də 19 yaşına kimi uşaqlarınız da eyni statusda olurlar və onlar da sizinlə Kanadaya gedirlər. Bacı, qardaş və valideynlərə bu şamil olunmur. Bu şəxslər, siz Kanadada olduqdan sonra yanınıza turist vizası ilə gəlib gedə bilərlər. Kanadaya köçmək prosesinin qısaca xülasəsi İlk öncə şirkətimizlə müqavilə bağlayırsınız və ingilis dilinizi inkişaf etdirirsiniz, daha sonra digər

sənədlərinizi toplayıb Kanada dövlətinə online formada təqdim edirsiniz. Kanada dövləti təsdiq edir ki pasportunuzu viza vurulması üçün Ankaradakı Kanada səfirliyinə göndərəsiniz. Sizə təxminən 10 aylıq viza verilir (yəni 10 ay içində Kanadaya birinci girişinizi edə bilərsiniz), Daha sonra Kanadaya yola düşürsünüz, 1 ay içində sizi işlə təmin edirik və bütün bu mərhələlərdə sizin yanınızda oluruq. Əgər yuxarıdakı şərtlərə cavab verirsinizsə müraciət edə bilərsiniz. Ünvan və əlaqə nömrələri burada: www.greencard.az/contacts 

OXŞAR XƏBƏRLƏR