Səyahətin kabusu: baş dönməsi, mədə bulantısı – ŞƏXSİ TƏCRÜBƏ

Səyahətin kabusu: baş dönməsi, mədə bulantısı – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 2 Aprel 2018 11:09 60
Səyahətin kabusu: baş dönməsi, mədə bulantısı – ŞƏXSİ TƏCRÜBƏ

Səyahətə çıxanda bizi narahat edən ən vacib məsələlərdən biri də sağlam şəkildə mənzil başına çatmaqdır. Axı uzun yol yorğunluğa, mədə narahatlığına səbəb ola bilir. Facebook istifadəçisi, səyahətçi Dürdanə Bağırova bu problemləri dəf etmək üçün sınaqdan keçirdiyi həll yollarını səyahəti sevənlərlə bölüşüb. Yazının təhrif olunmaması üçün redaktə və əlavə edilməyib.

 

“...Seyahet zamanı baş fırlanması,mede (ürek) bulantısı ve bunların qarşısını men nece alıram bu haqqında öz tecrübemi sizinle paylaşmaq isteyirem.

Çoxları sırf bu probleme göre sehayet etmekden qorxur,esasen de avtoneqliyyatda seyahet etmek kabus kimi gelir.Seyahet zamanı mede bulantısı ve qusma refleksi göz ile daxili qulaq arasındakı anlaşmamazlıqdan ve Vestibulyar aparatın zeif inkişafından qaynaqlanır.Beyine bedenin hereket etdiyi siqnalı ötürülse de,göz bunu tesdiqlemir ve baş fırlanması başlayır,elece de Vestibulyar aparat başın hereketliliyinde rol oynadığından zeif olduqda başı sabit saxlama problemi yaranır. Mene de bu genetik kodlarla ötürülmüşdü.

Aşağıda qeyd edeceklerimin sayesinde bu problemi 100% hell etmişem:

-Yoga ile meşğul olmağa başladıqdan sonra problemi tam hell etdim desem yalan olmaz.Yoga mene düzgün nefes alma,nefes kontrolu öyretdi.Yola çıxmadan evvelki günün axşamı,eger uzun yoldursa 1 hefte mütemadi boyun,baş ezelelerini işleden asanalar ve diafraqma nefes gimnastikaları edirem.

-Seyahete çıxmadan ne çox ac,ne çox doymuş olmuram,xüsusile de süd ve süd mehsulları,turşuluq yaradacaq qidalar yemirem.Seyahet boyu mecbur olmasam heçne yemirem,yolda kraker,qurudulmuş çörek tipli yemekler yemek meslehetdir,çox uzun yoldursa fasilelerde yemek yeyirem.Naneli saqqız çeynemek eslinde yalnışdır bu müveqqeti sakitleşdirse de mede şiresi ifrazını çoxaldır.

-Güneş eyneyi ve ya xamelion optik eyneyimi taxıram.

-En sevdiyim mahnılardan hazırlanmış playlist dinleyirem,bu kenar sesleri neytrallaşdırır deye yolda yatmağıma da kömek edir.

-Film izlemirem beynim daha çox yüklenir ve hereket informasiyası artdığından baş fırlanması arta bilir.

-Bir de psixolojik olaraq beynimi sakit saxlayıram ve o haqqda heç düşünmürem.

Qeyd edim ki, en sonun getdiyim yol avtobusla 27 saat olub, eger mende alınıbsa siz de alınacaq.Eger her şey edirsiniz keçmirse hekime gedin ve onun teyin etdiyi dermanı atın.Amma çalışın rahat bilib dermana qaçmayasınız,çünki bunun mütleq ki,fesadı olacaq...”

OXŞAR XƏBƏRLƏR