Azərbaycanlı turistlər Cenevrədə türklə rastlaşarsa... – ŞƏXSİ TƏCRÜBƏ

Azərbaycanlı turistlər Cenevrədə türklə rastlaşarsa... – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 4 Aprel 2018 10:37 734
Azərbaycanlı turistlər Cenevrədə türklə rastlaşarsa... – ŞƏXSİ TƏCRÜBƏ

Səyyah.az Turizm və İnformasiya Portalı azərbaycanlı səyyahların qeydlərini "Şəxsi Təcrübə" bölməsində oxucuları ilə bölüşür.

Bu qeydləri facebook istifadəçisi Zal Əlizadə paylaşıb.

Yazılanları təhrif etməmək üçün qeydlərə redaktə olunmur:

 

"...İki tələbə fikirləşin, gəliblər Cenevrəyə, saat 8-di, amma hostelin check-in-i 14:00 olduğu üçün o vaxtacan çantalarını özləri ilə daşımağa məcburdular. Bir ümid, hosteldə şansını yoxlamaqçün keçdik içəri, yaxınlaşdım əlaqəli şəxsə ki, bəs bonjuğ, bizim bookingimiz var idi (guya xəbərimiz yoxdu da, çox tez gəlmişik), buyurun pasportlarımız. Sənədləri alıb yoxlayannan sonra dedi ki, üzr istiyirəm, amma sizin otaqlar günortadan sonra açılacaq. Ondan sonra bizdə bir artistlik, bir nə bilim nə ki, nətər ola bilər, bəs bizim veş-vüşümüz nətər olsun, hələ 6 saat var vaxta (xeyri yoxdu e, nətəhərsə eliyib onlardan yaxa qurtarmaq lazımdı mütləq, çantayla gəzəsi kefdə deyilik). Bir tərəfdən də fikir verdim ki, bu qadın necə türk aksentiylə danışır ingiliscə belə, nəysə dedim olar yəqin, oxşatmışam sadəcə. O yan-bu yan axırı sadəcə yüklərimizi lockerlərimizə qoymağa icazə verdi.

 

Birdən soruşdu ki, "do you speak Turkish?" biz də türk məktəbindən məzun olmağın verdiyi əminliklə, "evet, tabii ki de" deyənnən sonra qayıdıb mənnən də yaxşı formada "güzel aksan, çok beğendim" de, biz şok, biz iptal . Əlqərəz, gördüm belə yaxşı yola gedirik, həlledici sualı verdim - "bu yaxınlarda münasib qiymətə səhər yeməyi yeyə biləcəyimiz haranı məsləhət görərsiz?" (yenə guya bilmirəm də İsveçrədə birinci gün qeyri-iş günüdü, heç yer açıq deyil ). Möhtəşəm an gəldi, çıxar bizə səhər yeməyi kartı ver ki, "AzerBEYcan kardeş ülke, kardeşimize kıyak yapmayacağız da, kime yapacağız?! Bu günlük kahvaltınızı burada yapabilirsiniz, şimdi dışarıda zor bulursunuz bir yer". Səhər yeməyi də maşallah, bir hostelin gözləntilərinin çox üstündə-hər birindən 3-5 növ cemlər, pendirlər, çörəklər, kolbasalar, soyuq içkilər, qəşəy yoqurtlar, cereals, isti içkilər-çaylar, 6 növ kofe və s, və ilaxır. Ən ucuz tək bir McDonalds menyusunun 10 yevrodan baha olduğu İsveçrədə iki ədəd orta statistik tələbəni bundan çox nə sevindirə bilərdi ki?)))

Həmin vaxt yanımızda olan Azərbaycana aid yeganə əşyanı-manatı təşəkkür naminə təqdim etdik, çox sevindi həqiqətən. Mənəvi yükümüzdən də bir növ azad olmanın verdiyi rahatlıqla naharımızı nuş edib düşdük Cenevrənin canına.

Hər nəysə, Geneva Hostelə gedəcək olan varsa Meral xanıma salamlarımızı, sevgilərimizi çatdırarsız.

Səhər getmişik CERN Laboratoriyalarını görməyə, amma gün boyunca olan turların hamısı tam dolu idi, nəysə, bir ümid adımızı gözləmə listinə saldıq ki, bəlkə gəlməyən ola (o da ki hardaaa, CERN-ə rezerv eliyəsən, getmiyəsən). Ümidsizcə gözləyirdik ki, bi də gördüm Türkiyədən bir qrup məktəbli gəldi. Hocaları bir iki sual verdi, uşaqlar ya gözlərini döyə döyə baxırdılar, ya da ki, çox mənasız cavablar verirdilər, hoca məyus olmağa başlamışdı sanki, gördük olan şey deyil, özümüz cavab verdik (fizika ilə bizim nə əlaqəmiz varsa day, bilmirəm), hocanın gözlərinə işıq gəldi eləbil ki. Gördüm kənarda qalmışıq, üfüqdə CERN gəzintisi görünmür, şansımı yoxlayım dedim, yaxınlaşdım ki, bəs vəziyyət budu, başqa vaxtımız da yoxdu gəlməyə, olar sizin qrupdanmış kimi gəzək biz də? Qayıt ki, "tabiiki de, kardeş ülkeden bu kadar istekli ve göründüğü kadarıyla bilgili öğrencileri grubumuzda görmekten çok hoşnut oluruz”....

OXŞAR XƏBƏRLƏR