3 aya inşa edilmiş intihar qalasına səyahət – ŞƏXSİ TƏCRÜBƏ

3 aya inşa edilmiş intihar qalasına səyahət – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 4 Aprel 2018 11:39 841
3 aya inşa edilmiş intihar qalasına səyahət – ŞƏXSİ TƏCRÜBƏ

 

Şəxsi Təcrübə bölməsində təqdim etdiyimiz yazılara təhrifə uğramaması səbəbindən redaktə olunmur.

 Səyahətçi Ömür Mehdilinin paylaşımı:

“...Bugün İstanbulun simvollarından biri olan Rumeli qalasını ziyarət etdim. Girişdə 10 TL ödəyib qalanın 30000 kv.m ərazisini gəzə bilərsiniz. Öncədən bildirim ki, qala restavrasiya ediləcəyinə görə, bürclərə çıxmağa icazə verilmir. Mühafizəçidən bu barədə soruşdum. O da bürclərə girişin nə vaxt açılacağını bilmədi.

Araşdırmadan sonra məlum oldu ki, keçmiş vaxtlarda bürclərdə intihar hadisələri yaşandığı üçün girişə icazə verilmir.

Qala 1452-ci ildə 3 aydan biraz artıq qısa bir müddətdə inşa edilib.

Osmanlı arxivlərindən Sultan Mehmetin inşaatın planını tərtib etdiyi və inşaatın gedişinə birbaşa özünün nəzarət etdiyi məlumdur.

Qalanın boğazın ən dar hissəsində və Anadolu hisarının qarşı sahilində inşa edilməyi həmin dövr üçün çox mühim strateji əhəmiyyət daşıyırdı.

Belə ki, qarşı-qarşıya olan hər iki qaladan boğazdan keçən gəmilər nəzarətdə saxlanılır, boğazdan ticarət gəmilərindən

keçmək üçün rüsum ödənilməsi tələb edilirdi. Tələbə məhəl qoymayan gəmilər isə çarpaz atəş ilə batırılırdı. Bundan başqa, İstanbulun mühasirəsi zamanı yunanlılara Qaradənizdən gələcək dəstəyin qarşısı da bu nöqtədən alınacaqdı.

Fatih Sultan Mehmet tərəfindən 1453-cü ildə İstanbulun mühasirəsində Rumeli qalası dayaq nöqtəsi kimi xüsusilə önəmli idi.

Sahilə yaxın hissədə, qala divarlarının tam dibində, qalanın estetik görünüşünü pozan məzarlığın olması diqqətimi çəkdi.

Keçmiş Osmanlı məzarlığı olsa idi hardasa anlamaq olardı.

Görəsən necə olub ki, tarixi əhəmiyyətli qalaya bitişik yeni məzarlıq salınmasına icazə verilib...

1953-cü ilə qədər qalanın içində yaşayış var imiş.

Prezident Celal Bayarın vaxtında Rumeli qalası əsaslı restavrasiya edilərək əhalisi İstanbulun başqa ərazisinə köçürülüb.

Son olaraq şəhər əfsanəsinə görə qalanın içindən İstanbulun müəyyən səmtlərinə yeraltı tunellərin olduğu deyilsə də, bu barədə internetdə qarşıma heç bir məlumat çıxmadı...”

 

OXŞAR XƏBƏRLƏR