Azərbaycan Hava Yolları - içşi axtarır - VAKANSİYA

Azərbaycan Hava Yolları - içşi axtarır - VAKANSİYA
Təhsil və karyera 4 Aprel 2018 15:45 2056
Azərbaycan Hava Yolları - içşi axtarır - VAKANSİYA

"Azərbaycan Hava Yolları" sosial şəbəkələrlə iş üzrə mütəxəssis (SMM) vəzifəsinə işə qəbul elan edir.

Əsas iş vəzifələri arasında sosial şəbəkələrdəki səhifələr üçün (Facebook, Instagram, Twitter, YouTube ilə mükəmməl işləmə bacarığı və təcrübə tələb olunur) ideya və postların hazırlanması, hesabatların tərtibatı və sosial şəbəkədəki izləyicilərinin suallarına ("ZenDesk" proqram təminatı vasitəsi ilə) cavab verməkdir. Ən azı iki il rəqəmsal marketinqdə təcrübəyə və yaradıcı düşüncəyə, eyni zamanda Azərbaycan, rus və ingilis dili biliklərinə malik mütəxəssis axtarılır. Microsoft Office və Google Docs/Spreadsheets proqramların biliyi tələb olunur. Qrafik proqramlar üzrə əsas biliklər və etibarlı xarici pasportun mövcudluğu arzuolunandır. İş rejimi: Full-time (Bazar ertəsi-Cümə, 09:00-dan 18:00-a kimi). İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportunda AZALın ofisi. Vakansiyaya onlayn müraciət etmək üçün aşağıdakı linkə keçin, öz ərizələrinizi göndərin və dostlarınızı və tanışlarınızı şərhlərdə qeyd edin. Müraciət etmək üçün: http://bit.ly/2q425ij Bütün müraciətlər nəzərdən keçiriləcək. Vakansiya aprelin 13-ə kimi etibarlıdır.

OXŞAR XƏBƏRLƏR