74 avroya biznes klass bileti

74 avroya biznes klass bileti
Şəxsi təcrübə 4 Aprel 2018 17:23 1408
74 avroya biznes klass bileti

Balkan səfərinin sonunda Tiranadan İstanbula uçmalı idim.

Bilet almaq üçün təxmini 10 günüm qalmışdı. Tiranadan İstanbula Pegasus və THY uçur. Pegasus 60, THY isə təxmini 120 avro idi bir tərəfə. Amma Pegasusun səhər saat 4-də uçması, məni THY-ə fokuslandirdi. Artıq 2013-cü ildən Türk Hava Yollarının Miles&Smiles loyallıq proqramına üzv olmuşam, o vaxtdan bəri bütün uçuşlarımın milləri hesabda toplanırdı. Daha sonra isə Bakcell THY ilə əməkdaşlığa başladı, indi ay ərzində istifadə etdiyim manatların 2-3 misli mil kimi hesaba əlavə olunur. Bu minvalla 12-13 min mil yığmışdım. Bu haqda ətraflı burdan oxuya bilərsiniz:  https://azikiss.me/2017/11/27/bakcell/

Uzun sözün qısası, 5300 mil və 74 avro ödəyib biznes klasa bilet aldım. Bu ilk biznes klass təcrübəm olacaqdı. Tirananın mərkəzi meydanından aeroporta səhər 6-dan axşam 18:00-a kimi hər saatın tamamında avtobus reysi var. Bir tərəfə gediş 250 lekdir. Bu təxmini 2 avro edir.

Uçuşa qədər

Aeroporta çatdım, qeydiyyatdan və passport controldan sonra yollandım biznes zala. Zalın girişi qiyməti ekonom sinif sərnişinləri üçün 15 avrodur. Səhər yeməyi üçün hər şey var idi. Həm də çox sakit və rahat yer idi. Telefonu enerji, mədəmi ilə səhər yeməyi ilə depolayandan sonra  təyyarəyə minik başladı. Qeydiyyat zamanı minik talonuna vurulan "fast track" möhürü minikdə qüvvədə olmadı, hami ilə birlikdə daxil oldum təyyarəyə. Yəqin ki, 40 lirtlik bel çantası ilə biznesdə uçan sərnişini Türk Hava Yollarının Boeing 737 hava gəmisi ilk dəfə qarşılayırdı 

 

 

Təyyarədə

Biznes salonunda tək idim. Təyyardə yerimə əyləşən kimi Cem Yılmazın dediyi portağal suyu gəldi  Oturacaq geniş və olduqca rahat idi. Qısa uçuş olsa da, çox rahatlıq oldu. Bələdçilər olduqca kübar və mədəni, yardımcıl idilər. Qidalanma səhər yeməyi üçün verilənin 150%-i qədər idi. Dadlı və keyfiyyətli idi.

Duz-İstiot

 

Bu da mən

Uçuşdan sonra

Təyyarə enən kimi, ilk olaraq məni enməyə dəvət elədilər. Təyyarənin yanında xüsusi avtobus gözləyirdi. Dərhal terminala doğru yola düşdü. Pasport yoxlanışında minik talonunda "fast track" (sürətli keçid) möhürü olduğu üçün ümumi növbə yox, xüsusi zolaqla keçdim və ölkəyə daxil oldum. Beləliklə təyyarə enəndən təxmini 5 dəqiqə sonra aeroport binasını tərk eləmişdim. Biznes klasın ən yaxşı tərəflərindən biri bu idi mənə görə...

Həmişə ekonom və low-cost siniflərdə uçduğum üçün belə lüks mənim üçün çox oldu. Növbəti belə təcrübənin nə vaxt olacağını bilmirəm, amma hərdən belə xoşbəxtliklər lazımdır. Aşağıdakı videoda prosesi başdan ayağa, o cümlədən qidalanma, multimedia sistemi və s. göstərməyə çalışmışam. Youtube kanalıma abunə olsanız, bloquma öz töhfənizi vermiş olarsınız. Abunə olmaz pulsuzdur.

Artıq Azər İsmayılın bloqu

OXŞAR XƏBƏRLƏR