Yaponiyada turistləri təəccübləndirən 9 hal – ŞƏXSİ TƏCRÜBƏ

Yaponiyada turistləri təəccübləndirən 9 hal – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 6 Aprel 2018 10:13 104
Yaponiyada turistləri təəccübləndirən 9 hal – ŞƏXSİ TƏCRÜBƏ

 

Saytımızın “Şəxsi Təcrübə” bölməsində səyyahların başına gələn maraqlı hadisələri, lazımlı məsləhətləri və səyahət planlarını təqdim edirik. Bu paylaşım səyyah-fotoqraf Əli Əkbərə aiddir.

“..Yaponiyada məni təəccübləndirən doqquz haqq-hesab:

1. Internete çıxış və wifi fikirləşdiyimiz kimi tinbaşı yox,əksinə, nadir hallarda rast gəlinən şeydir.

2. Kredit kartlarla alış-veriş etmək çox az yerdə mümkündür.

3. Çox az adam ingilis dilində bilir. Hətta gənclər belə ingiliscə deyilən ən sadə sözü (məsələn, "coffee") anlamaya bilər.

4. Əhalinin 80%-i üzməyi bacarmır.

5. Exchange və bankomatlar da həddindən artıq azdır.

6. Unitazlar üçün nəzərdə tutulmuş pultda düymələrin sayı televizor pultundakından çoxdur :)

7. Mağaza-filana daxil olanda dili bilmədiyinə əmin olsalar belə yaponca xoş gəldin edirlər. Özü də bir kəlmə ilə yox.

8. Hədsiz dərəcədə nəzakətli olmaları. Küçədə bir şey soruşanda (məsələn, filan yerə necə getmək barədə) cavabı bilməsələr (və ya ingilis dilini bilməsələr) belə iqnor etmirlər. Xəcalət çəkə-çəkə gülümsəyərək durub gözləyirlər. Sanki yardım edə bilmədiklərindən utanırlar. Belə olanda özünüz sağollaşıb ayrılın, adamı da xəcalət zülmündən qurtarın.

9. Küçələrdə zibil qabıları ümumiyyətlə yoxdur. Hərə öz tullantısını evinə aparıb zibil konteynerinə atır...."

OXŞAR XƏBƏRLƏR