UNESCO-nun qoruduğu kəndə səfər – ŞƏXSİ TƏCRÜBƏ

UNESCO-nun qoruduğu kəndə səfər – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 9 Aprel 2018 14:48 902
UNESCO-nun qoruduğu kəndə səfər – ŞƏXSİ TƏCRÜBƏ

 

Səyyah Mərin Rəhimlinin facebook qeydlərini təqdim edirik. Xatırladaq ki, mətni təhrif etməmək üçün redaktə və əlavələr edilmir.

“...Avstriyanın Yuxarı Avstriya federal torpağında yerləşən Hallstatt dünyanın on ən görməli kəndlər siyasına daxildir. Uca dağlar əhatəsində yerləşən bu bölgə UNESCO tərəfindən mədəni irs kimi qorunur.

Bu şəhərin gözəlliyi hər şeyin dublikatını çıxarmaqda ad qazanan çinliləri o qədər valeh edibmiş ki, onlar öz vətənlərində Quandun vilayətində “kitayski” Hallstatt inşa ediblər.

İki küçədən ibarət olan şəhərin mərkəzində, Marktplatz meydanında, yerləşən mağazalardan yayılan sabun etirləri çoxsaylı turistləri cəlb etir. Mağazaya daxil olarkən məlum olur ki, burada satılan suvenirlərin əksəriyyəti elə adi sabundan istehsal edilib. Nə qədər gözəl sözlər yazsam da, Hallstatt`ın gözəlliyini çatdıra bilmərəm. Belə gözəl yerləri görəndə insanda bir istək yaranır ki, elə ölüb qalasan buralarda, amma...Əmması isə ondan ibarətdir ki, bir tərəfdən qayalar, digər tərəfdən isə göl ilə əhatə olunan cəmi 943 nəfər əhalisi və 65 kv metr ərazisi olan Hallstatt`n genişlənmə imkanları yoxdur. Və bu səbəbdən də hər on ildən bir şəhər qəbirstanlığındakı qəbirlər yenilənir. Köhnə qəbirlər yenidən qazılır, yerinə yeni vəfat edənlər dəfn olunur. Qəbirdən çıxarılmış kəllə isə təmizlənərək və üstünə onu vaxtilə daşıyan insanın adı və peşəsi yazılaraq ümumi seyrə çıxarılır. Bax elə bu perspektiv məni fikrimdən daşındırdı.

Bakı`dan Hallstatt`a gedib cixasan dönər yeməyəsən? Bu gözəllikdən təzəcə ayrılmışdıq ki, yolun qırağında yanacdoldurma məntəqəsinin yanında bir köşk gördük. 90-cı illərdə Avstriyaya pənah gətirən törk qardaşımız necə giribsə bu köşkə 20 ildir oradan qırağa çıxa bilmir. Bavariya yolumuzu səbirsizliklə gözləməsəydi daha bir dönərin də yeri var idi...”

OXŞAR XƏBƏRLƏR