Yaz qarderobu: rəng birləşmələri

Yaz qarderobu: rəng birləşmələri
Şəxsi təcrübə 12 Aprel 2018 17:44 929
Yaz qarderobu: rəng birləşmələri

Hər bir dəbli xanım diqqət mərkəzində olmaq istəyir və bu gün bunun üçün çalışmaq lazımdır.

Səyyah.az xəbər verir ki, bloqer və əlvan rənglərin böyük fanatı Aysel Ağayeva-Mirzoyeva Baku Afisha oxuyucuları ilə başqalarından necə dəblə və düzgün fərqlənmək haqqında danışacaq:

Yaz yeniliklər və eksperimentlər üçün ən yaxşı vaxtdır, həmçinin geyimdə də. Əgər qışda şəhərimiz boz-qara insan toplusu kimi görünürsə, yazda küçələri əlvan rənglərə boyamağın əsl vaxtıdır! Ona görə də bu gün mən sizə bütün dünyada məşhur olan ideal rəng bloklarını necə yaratmaq haqqında danışacam.

İtten dairəsi həm geyimdə, həm də interyerdə sizə rəng seçimində düzgün yönəlməyə kömək edəcək:

Rəng birləşmələrinin əsas sxemləri:

  • Monoxrom / birtonlu – bu geyim elementlərində bir rəngdən, ancaq fərqli tonlardan istifadə etməkdir, yəni bütün rənglər İtten dairəsinin bir sektorunda yerləşir.
  • Komplimentar – bu İtten dairəsində bir-birilə üzbəüz yerləşən rənglərin birləşməsidir. Bu rənglər bir-birini əla tamamlayır, əlvan görünür və sizi başqalarından ayırır.

  • Triadik – bu İtten dairəsində üçbucaq üzrə rənglərin birləşməsidir, düzgün istifadə edilməsi gərəkən əlvan kombinasiyadır. Triadik birləşmədə mənim istifadə etdiyim üsullardan biri həddindən artıq olmaması üçün 40%-40%-20% ölçüsüdür. Yəni üçüncü rəng aksesuarlarla tamamladığım iki əsas rəng.
  • Analoqik – üç qonşu rəngin birləşməsi. Dəb dizaynerlərinin tez-tez istifadə etdiyi ən zərif və gözəl birləşmələrdən biri. Bu cür birləşmə olduqca harmonik görünür.

Daha çətin sxemlər də mövcuddur. Obrazda nə qədər çox rəng istifadə olunarsa, o bir o qədər çətin və maraqlı görünür.

Dairədə ağ, qara və boz rənglər yoxdur. Bu baza rəngləri axromatik birləşmələr yaradırlar. Onları həm öz aralarında, həm də istənilən başqa rənglərlə kombinə etmək olar. Qara-boz-ağ rənglərlə əlvan broşlar, şərflər, ayaqqabılar asan uyğunlaşır...

Üç rəngin optimal birləşməsi

Baza rəngləri – baza rənglərilə birləşmələr sizi heç vaxt çətin vəziyyətdə qoymayacaq. Ona görə də əlvan tonları ağ/boz/qara ilə rahatlıqla birləşdirib, eksperiment apara bilərsiniz.

Həddindən çox rəng birləşdirməyin – müxtəlif rəngli bir çox xırda detalı və fərqli tonları bir obrazda birləşdirməklə siz göyqurşağına oxşamaq riski alırsınız. Ən optimal üç rəngin birləşməsi hesab olunur.

Patternlər – əlvan rəngli geyimlərdə patternlər, naxışlar, xallar, zolaq və s. istifadə etmək olar. Ancaq rəngarəng obraza yalnız birini. Monoxrom birləşmədə bir neçə detala icazə verilir.

Ümid edirəm ki, bu sxem sizə faydalı olacaq və gündəlik həyatda əlvan rənglərdən istifadə daha da asanlaşacaq.

OXŞAR XƏBƏRLƏR