Laplandiyada ediləcək ən yaxşı istirahət – ŞƏXSİ TƏCRÜBƏ

Laplandiyada ediləcək ən yaxşı istirahət – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 18 Aprel 2018 10:10 798
Laplandiyada ediləcək ən yaxşı istirahət – ŞƏXSİ TƏCRÜBƏ

Şəxsi Təcrübə bölməsində bu dəfə facebook istifadəçisi Nəzrin Əhmədovanın Laplandiyaya səfərindən olan təəssüratlarını təqdim edirik. Qeyd edək ki, təhrifə yol verməmək üçün qeydlər redaktə edilmir.

 

“....Laplandiyada edə biləcəklərinizin bir qismi :)

Mənim üçün ən maraqlısı husky turu və qütb işıqlarını görmək oldu.

Laplandiyanı görməyi həmişə çox istəsəm də qiymətlərə görə bu qədər yaxın müddətdə gedə biləcəyimi düşünməzdim. Amma qismət elə gətirdi ki, bu nağıllar şəhərinə getmək mənə də qismət oldu, həm də pulsuz :D Hazırda Finlandiyada oxuduğumdan, burdan hər semestr Laplandiyaya turlar təşkil olunur və xaricdə təhsil alanlar bilər ki, əgər ESN'in aktiv üzvüsünüzsə, seçildiyiniz halda hər hansı tura tamamilə pulsuz qoşula bilərsiniz, və məndə də məhz belə oldu.

Avtobusla səyahət oxuduğum Joensuu şəhərindən başladı və yolda Kemi Buz Qalası və Santa Claus-un evini də gəzərək Saariselkä adlanan əraziyə gəldik. Şəkildə göstərilən ağacdan olan evlərdə qalırdıq və bir ev 7 nəfər üçün nəzərdə tutulmuşdu, içində də sauna daxil olmaqla hər şəraiti var idi :)

Qeyd edim ki, Laplandiyaya keçən ayın ortaları getmişdim və hər yer hələ də ağappaq idi, hətta getmək üçün mart ayı yaxşı vaxtdır çünki çox soyuq və qaranlıq olmur. İlk 4gün hava buludlu olsa da, son gün göydə bulud olmadığından qütb işıqlarının möhtəşəm rəqsini görə bildik, həm də saatlarla.

Laplandiyada olduğunuz müddətdə edə biləcəyiniz bir sıra fəaliyyətlər var ki, bunlardan da ən məhşuru husky turudur, videoda izləyə bilərsiniz. Bundan başqa marallarla gəzinti turu, moto tur hansı ki 2saat müddətində olur və yüksəkliyə qalxırsız, hava aydın olsa qütb işıqlarını görmək şansı burdan çox yüksəkdir. Snowshoeing ilə çətin yollarla meşədə gəzirsiniz, sürüşürsünüz və yıxılırsınız :D Bundan başqa ice-skating, sleding də edə bilərsiniz. Qeyd etdiklərimdən yalnlz sledging pulsuzdu))

Son olaraq, Laplandiyaya gedəsi olsanız mütləq maral ətindən burgeri yoxlayın, ediləsi gərəkənlərə daxildir :)….”

 

OXŞAR XƏBƏRLƏR