Minimum büdcə ilə Roma səyahəti - ŞƏXSİ TƏCRÜBƏ

Minimum büdcə ilə Roma səyahəti - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 18 Aprel 2018 11:19 1195
Minimum büdcə ilə Roma səyahəti - ŞƏXSİ TƏCRÜBƏ

Şəxsi Təcrübə bölməsində bu dəfə facebook istifadəçisi Elvin Məmmədlinin Romaya səfərindən olan təəssüratlarını təqdim edirik. Qeyd edək ki, təhrifə yol verməmək üçün qeydlər redaktə edilmir.

 

“...Roma səyahətini yenicə başa vurmuşam, təxmini büdcə və gəzməli yerləri barədə öz təcrübəmi qısaca paylaşmaq istərdim:)

Yol xəritəm:

Gediş: Bakı -Tbilisi (Avtobusla - 12 azn, 10 saat yol); Tbilisi - Kutaisi (Didubedən raf- 14 azn, 3.5 saat yol); Kutaisi - Milan (Wizzair - 69 azn; 4 saat yol)

Milan - Roma (Qatarla - 25 azn; 8 saat yol)

 

Dönüş: Roma - Saloniki (Ryanair - 40 azn, 1.5 saat yol); Saloniki - Kutaisi ( Wizzair - 100 azn, 2 saat yol); Kutaisi - Tbilisi (havayı:); Tbilisi - Bakı ( avtobusla - 15 azn)

 

Yol pulu cəmi xərc: təxm. 250 azn.

Bu, Romaya getməyin bəlkə də ən aşağı büdcəli və eyni zamanda ən yorucu variantı idi)

 

Gəzməli yerlər: Colosseum, Roman Forum, Colonna Traiana, Piazza Venezia (Vittoriano abidəsi). Saydıqlarım bir-birinə çox yaxın yerləşir və Colosseum metrostaniyanın çıxışından başlayaraq şəhər mərkəzi istiqamətində gəzə-gəzə getsəniz, yolboyu bütün bunları görə bilərsiniz) Panteon, Spanish steps, Trevi Fountain, Villa Borghese; çayın digər sahilində Stadio Olimpico (Roma fk-nın stadionu), Vatican kimi yerləri də mütləq siyahıya daxil edin.

 

Qeyd: Romada public transportdan birdəfəlik istifadə üçün gediş haqqı 1.5 avrodur( 100 dəq. ərzində); 7 avroya 24 saat istənilən nəqliyyatdan limitsiz istifadə üçün də bilet mövcuddur.

 

Romada kafe və restoranlarda qiymətlər bizə görə çox yüksəkdir. Belə olanda üçbucaq formalı "tramezzino" adlanan buterbrodlar bizi vəziyyətdən çıxarır) marketlərdə satılır, qiyməti 1.5 - 2 avro arası dəyişir, çox dadlı və doyumludur.

 

Maraqlı fakt: orda deyirdilər ki, fontanların suyu içməlidir.

 

P.S. Roma haqda nə qədər danışsaq azdır, amma...) Qısaca, həqiqətən çox gözəl şəhərdir. Bir şəhərdə nə qədər görməli yerlər, abidələr, tarixi məkanlar, muzeylər və s. ola bilərsə, bunların hamısı Romada var) Hər küçəsi bir tamaşadır. "Açıq səma altında muzey" ifadəsi bu şəhərə çox uyğundur...”

 

OXŞAR XƏBƏRLƏR