Bir ölkənin vizası ilə başqa ölkəyə səfər mümkündürmü? – ŞƏXSİ TƏCRÜBƏ

Bir ölkənin vizası ilə başqa ölkəyə səfər mümkündürmü? – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 27 Aprel 2018 15:18 1292
Bir ölkənin vizası ilə başqa ölkəyə səfər mümkündürmü? – ŞƏXSİ TƏCRÜBƏ

 

Bu sual bir çoxumuzu düşündürdüyü üçün facebook istifadəçisi, səyahətçi Qəmər Əliyevanın bu mövzuda olan qeydlərini sizinlə bölüşmək qərarına gəldik. Mətni təhrif etməmək üün redaktə edilməyib.

“….Bu postumu bir ölkənin vizasıyla digər ölkəyə giriş etməkdən tərəddüd edən həmvətənlərimə həsr eidrəm!

Oktyabr ayında Tiflis-İstanbul-Budapeşt ve eyni yolla geriyə səfərim vardı, anam ve qardaşımla gedəcəkdik. Neyse ki, onlar visa ala bilmədilər qaldım tək.. Avropaya ilk ve tək gettiyim sefer olmadığı üçün sadece keyfim korlandı. Vizamı da Litva səfirliyindən almışdım. 20 günlük idi ama 9 gün qalacaqdım.

Haşiye

1. O tarixler üçün THY-la (Tbilisi) (385$) uçmaq daha ucuz idi neinki Wizzair (Kutaisi) (425 euro)

2. Tiflisde kontraklı müəllim ve Ph.D telebe olduğum üçün vizalarımı burdan birbaşa oturumsuz ala bilirem.

 

Uçuşlararası 1 saat fərq vardı. Allahdan uçuşum sehere yaxın idi. Tiflisden uçan bir saat gecikir, tebii ki, o düşen zaman Budapeşt qalxır. Önceden stüartdessalara xəbər verdim, sağolsunlar məni bizness klassa yerləşdirdilər ki, tez düşüm. Qapını da demişdilər mənə, yəni hara gedəcəyimi daha doğrusu uçaraq qaçacağımı bilirdim. 20 deqiqe, Atatürk aeroportunun bu başından o başına elimdə baqaj (uçuşlarım arasında az vaxt varsa heç vaxt baqaj təslim etmirəm, çünki ən az bir gün əziyyət çəkirəm) ən az 20 deqiqe qaçdım, çatanda qapı bağlı idi. (7 dəqiqə fərqi ilə) Bir dene de işçi yox,digər qapı da Vilnüse yola salır "üzgünüz üzgünüz, ofisde size yardımcı olucaklar" deyə deyə məni yolladılar 214-ə :D

Gettim, hamı kimi mən də növbəmi gözlədim. Növbəm çatdı və mənə digər uçuşa mənə minik kartı uzatdılar. Uçuş da 12 saat sonra. İndi gözləyirəm ki, mənə otel ya da dincəlməyə bir yer verəcəklər. Mən neynəyim sualına: "Bən ne bileyim hanımefendi. Mesela alış veriş yapabilir siniz" cavabı alıram. Gecə yatmayan seher o boyda qaçışdan sonra heç bir sebrli insan sakit dura bilmezdi. "Laaaan" deye bağırmaq yerinə "Hanımefendi simdi size dünyanın kaç bucak olduğunu göstericek" dedim içimdən və gettim baş ofisə. ofisi tapmaq üçün yolda gördüyüm THY-nın işçilərindən heç ne soruşmadım, brend mağazalrın birinə girdim, sağ olsunlar həmişə əllərindən gələni edirlər. Neyse ki, gettim ki yenə növbə, bircə nəfər də işçi. Tebii ki, o da her kəsə cavab vermək üçün əlindən gələni edir. Dedim mən bunu gözləsəm 12 saat ancaq keçəcək. Bir nefer də bizim yanımızda işçi, ele təzə başa salmaq istirdim ki: "Ben tercümanım, burayla bir alakam yok"dedi. Tutdum bunu dedim meni "Only Staff" yazılan otağa keçird. Sağolsun elədi. Beş altı nəfər işçi, hamısı da kompyuterin içində. Məsələni başa saldım. "Yardımcı olmaya çalışıcaz" cavabına artıq susa bilməzdim. Dedim "Bana bakın, zaten sabahtan burda görmediyim muamele kalmadı, sizi öyle bir şikayet ederim ki, şirket olarak batmazsanız ama aklınızdan uzun süre silinmem. Ben avukatım (ki deyiləm, sadəcə qanunları yaxşı bilirəm) ve aynı zamanda da ögretmenim! Yasaları nasıl bildiyimi tahmin ediyorsunuzdur her halde. Ona göre davranın! Sizin de başınıza gele bilirdi ki, benim gec kalma sebebim ben degilim, sizsiniz!" Bayaqdan kompyuterin içine girənlərin hamısnın ağzı açıq mənə baxırdılar. "Hanımefendi sakin olun, tabii ki haklısınız, çok haklısınız" "Nasıl güzel türceniz var!" "Biz azerileri severiz"deye deye meni otruttular, su verdilər və başladılar mənə uçuş axtarmağa. "Beni bir saat içinde Viyana, Prag neresi olursa olsun uçağa bindiriceksiniz! O kadar! Ordan ben kendim gecerim" özümü saxlaya bilmirəm artıq heyecandan. Baxdılar baxdılar dedilər "Roma var 45 dakika sonra. Gider misiniz?" "Giderim" dedim. Pasportumu aldılar baxdılar ki Litva vizası, problem olmaz, özüm həll edəcəyimi dedim. İtaliyada pasport yoxlamasında problem yaşayacağımı bilə bilə getdim. Zeng eledilər qapıya, qarşıladılar və məni Romaya yola saldılar.

İndi təyyarədən düşmüşəm, yavaş-yavaş gedirəm aeroprtun içində ki, bəs Romanın havasını bacardıqca çox udum. Birden qaytarallar məni. Ama növbe gözlədiyim zaman da fikirləşirəm ki, necə var elə deyecəm məsələni. Nəticədə qanunsuz heç bir şey etməmişəm. İtaliyada da yaşamaq fikrim yoxdu, en azından o vaxt elə idi. Növbəm çatdı. Qarşımdakı "çinovnik" rus demişkən "prosto film ujas" ingiliscəsiylə məni elə pis qarşıladı ki, dedim "eto konec". Apardılar məni xüsusi yoxlanışa, orda da ancaq erəblər, Afrika ölkələrinin nümayəndələri (sehv başa düşülməkdən çəkinərək haşiyə çıxıram: hamımız insanıq). Mən də çox sakit açdım kitabımı oxuyuram (Voyniç "Ovod" 1949-cu il nəşri. Dedim deyəcəklər ki kontrabandadı atın bunu içəri) Neyse ki pasportumu aldılar yarım saat gözlətdilər və resiləri (anladığım qədəriylə) çıxdı. Bildiyiniz faşist! Uzun sürən danışıqlardan sonra anladım ki, THY-nın işlərinə elediyimi bunlar da etməliyəm. Yoxsa qaldım bölmədə. Səhər saat on, gecə yuxusuz, həyəcan, qaçış içimdə "ok" deyib başladım bunlala qanun davası etməyə. THY-nın işçilərinə dediyim sözləri eyniylə bunlara da dedim. Sadəcə əlavə olaraq sual verdim "is that a Schengen zone?! if yes, show me the legislation where is written about that i cant cross the border by Lithuania viza"

 

Haşiyə:

1.Litva (və ya başqa ölkə də ola bilər) vizasıyla İtaliyaya (və ya başqa ölkə də ola bilər) giriş edə bilməzsiniz deyə bir qanun yoxdu. tebii ki, serhedi qanuni yolla keçirsəniz.

2. Sizi geri göndərmək istəsələr belə ki, (mənim məsələmdə problem havayolu şirkətinin problemi idi) adı keçən şirkətin nümayəndəsini istəyəcəksiniz.

3.Dəyək ki, geri yolladılar pasportunuza giriş-çıxış möhürü vurmalarına əngəl olacaqsınız. (əsasən girişiniz bir dəfəlikdirsə)

4. Və en nəhayət ən sevdiyim məsələ "İnsan haqları"ndan mövzuya davam edəcəksiniz.

Bölmədəkilərin hamısı pis insan idi mi, tebii ki xeyr! Bir polis mənə dedi ki, "Now U can enjoy Rome! U got ur chance then use it!"

 

Burdan icazə verin nitqimi rusca bitirim!

Отсюда мораль: Если перед Вами закрылись двери в Будапешт, то непременно Вас ждет с открытыми дверями РИМ!

Allahın açdığı qapını heç kim bağlaya bilməz! Sadəcə biraz ürəkli olun və haqlarınızı bilin!”…

 

 

OXŞAR XƏBƏRLƏR