Saxta pasportla Avropaya getmək istəyən əcnəbilər tutuldu - FOTO

Saxta pasportla Avropaya getmək istəyən əcnəbilər tutuldu - FOTO
Xaricdə iş və miqrasiya 27 Aprel 2018 15:23 3311
Saxta pasportla Avropaya getmək istəyən əcnəbilər tutuldu - FOTO

 

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən üç xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

Səyyah.az turizm və miqrasiya portalının xəbərinə görə DSX-nin mətbuat mərkəzindən bildirilib ki, “ŞarjaBakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurub.

“Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı isə özünü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Muhammed Luqman Muhammed Amenin pasportunun saxta olmasına şübhələr yaranıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilib, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyənləşib. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkarlanıb, məqsədlərinin Azərbaycan Respublikasının ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

OXŞAR XƏBƏRLƏR