Almaniyada bir tələbənin orta aylıq xərci nə qədərdir? - ƏTRAFLI

Almaniyada bir tələbənin orta aylıq xərci nə qədərdir? - ƏTRAFLI
Təhsil və karyera 27 Aprel 2018 17:54 5153
Almaniyada bir tələbənin orta aylıq xərci nə qədərdir? - ƏTRAFLI

İlk öncə qeyd etmək istərdik ki ,Almaniyada təhsil çox Universitetlərdə artıq ödənişsizdir.

Tələbələr sadəcə öz yaşayış xərclərini ödəməklə,təhsil ala bilərlər. Bir tələbənin orta aylıq xərci 600 avrodur. Bu xərclərə ev,sığorta və qida xərcləri daxildir. Təbii ki bu xərclər Universitetin yerləşdiyi şəhərə görə dəyişir. Misal üçün Berlin kimi böyük şəhərlərdə kirayə evlərin qiyməti,yaşayış xərcləri digər kiçik şəhərlərə nisbətən adətən 100-200 avro baha olur.

Şərtlər : Almaniyada təhsil almaq üçün hər Universitetin fərqli tələbləri var. Bir Azərbaycanlı gəncin Almaniyada təhsil alması üçün ilkin şərtlər bunlardır :

1) Əgər Bakalavr təhsili alacaqsa ən azı Azərbaycanda 1 illik Universitet təhsili, (2-ci kursdan artıq Almaniyada təhsil ala bilər)

2) Magistr təhsili üçün isə Bakalvr diplomu Almaniyada təhsil həm ingilis dilində həmçinin Alman dilində mümkündür. Təhsil alacaqını dilə uyğun dil sertifatınız olmalıdır. İngilis dilli təhsil üçün : İELTS (6 minimum) yaxud TOEFL (Universitete gore deyisir) , yaxud Azərbaycanda təhsil ingiliscə olubsa,onun haqqında arayış təqdim etməklə Alman dilində təhsil üçün : DSH sertifikatı (ən etibarlısı) , yaxud Testdaf Bundan əlavə qiymət ortalamasının bizim qiymətlərlə 4-5 arası olması arzu olunandır. (GPA 80+) , və bir sıra Passport,Attestat,Universitetə qəbul arayaışı kimi standart sənədlər lazım olur. Almaniyada təhsil almaq üçün sənəd qəbulu ildə 2 dəfə olur. Adətən yay semestri Aprel ayında,qış semestri isə oktyabr ayından başlayır. Yay semestri üçün sənəd qəbulu Yanvar ayının 15-nə kimi, Qış semestri üçün isə Avgust ayının sonlarına kimi mümkün olur. Ancaq hər Universitetin sənəd qəbulu tarixi fərqli olur.Bəzi Universitetlər bəzi ixtisaslara ancaq yay yaxud qış semestri üçün sənəd qəbulu elan edir.Bəzi Universitetlər isə hər iki semestr üçün sənəd qəbulunu qəbul edirlər. Almaniyada Universitetlərin tələbələrə keyfiyyətli təhsil alması üçün kitabla zəngin kitabxanaları, yalnız tələbələrə cüzi qiymətə yeməkxanaları var.

Bundan əlavə tələbələr öz tələbə kartları vasitəsi ilə avtobus və qatarlardan pulsuz istifadə edə bilirlər.@fins.az

OXŞAR XƏBƏRLƏR