Bəhreynin Lökbatanı – ŞƏXSİ TƏCRÜBƏ

Bəhreynin Lökbatanı – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 1 May 2018 09:55 875
Bəhreynin Lökbatanı – ŞƏXSİ TƏCRÜBƏ

 

Səyahətçi Baba Ağayevin səfər təəssüratlarını təqdim edirik. Mətnin təhrifə uğramaması məqsədilə redaktə edilməyib:

 

“....Çoxdandır öz səyahətlərimdən bölüşmürəm. Fevral-Martda yoldaşımla etdiyimiz sonuncu səyahətimizin detallarını indi yazmaq qərarına gəldim. Getdiyim ölkələr ardıcıl olaraq: BƏƏ - Bəhreyn - Tailand - Malayziya - Yeni Zelandiya - Samoa - Fici - Avstraliya və geri idi. Səyahət 31 gün çəkdi. Çoxlu maraqlı məqamlar olduğu üçün hissə-hissə bölüşəcəm.

Birləşmiş Ərəb Əmirlikləri çoxunuza aydındır.

Başlayaq BƏHREYNdən.

Vizanı öncədən onlayn almışdıq. 1 Günümüzü səhərdən axşama kimi bu "непонятный" ölkənin paytaxtı Manamada keçirdik. Dubay əgər Bakıdırsa, Doha Sumqayıtdırsa, Manama Lökbatandır. Böyük gözləntilərim var idi amma neftin çiçəklədiyi Körfəz ölkəsi kimi bugünə kimi demək olar heçnə etməyiblər. Bütün şəhəri piyada gəzdik. Bir neçə xüsusi arxitekturalı yeni göydələnlər, 1 Mərkəzi bazar və yeni tikiləcək rayonlar. Bir də mərkəzdə aidiyyatsız görünən Hard Rock Cafe. That's all.

 

Növbəti ölkə TAİLAND!

 

Vizanı Taylandın Bakıdakı Konsulluğundan alırıq. 3 gün Bankokda, 3 gün Phi Phi adalarında olduq. Bura bir cənnətdir. Bankokda mərkəzi küçələri, bir-birindən gözəl paqoda buddist məbədlərini, Tay Mətbəxini, küçədə 2 stul qoyub dəniz məhsullarını qril edib verən kiçik kafeləri çox bəyəndim. Khao San küçəsi isə tam bir dəlixanadır. Saat 22:00-dan 02:30a dək, küçə musiqi səsləri ilə dağılıq. Hamı içir və oynayır. Bucket (bildiyimiz moruq satılan qablar) Drink deyilən 1 anlayış var. Doldururlar bu qablara alkoqol, soft drink və buzu. Hərə birin alıb, oynaya-oynaya saatlarla onu içir.

Phi Phi adaları isə başqa dünyadır. Biz Bankokdan Krabiyə uçub, oradan gəmi ilə adaya gəldik. "7-8 dəli dostunuzu seçin, sizi tura göndəririk" desələr, Phi Phiyə göndərin deyərəm. Bir neçə ada var. Hərəsi bircür adamı dəli edir gözəlliyi ilə. Məşhur Çimərlik filmi (Leo Di Kaprio) də onlardan birində çəkilib. Kayak sürüb, müxtəlif adaları gəzib, snorkeling etdik. Adanın axşamları da Dəniz Kənarında təşkil edilmiş Khao San partilərini xatırladır. Menyular 2 tərəflidir. Bir tərəfində içki menyusu, digər tərəfində "Amsterdam" Menyusu. Xüsusi oyunlar, fəallıq təşkil olunur. Odlu priqulkanın üstündən tullanıb, pulsuz içkilər içmək olur. Səhərə kimi oynamaq, əylənmək olar. Sonra da elə sahildə yatmaq.

 

Özünüzə surpriz edib, Mütləq gedin bu ölkəyə! I hissənin sonu. To be continued….”

 

OXŞAR XƏBƏRLƏR