Bu restoran işçi axtarır - VAKANSİYA

Bu restoran işçi axtarır - VAKANSİYA
Təhsil və karyera 2 May 2018 17:12 1630
Bu restoran işçi axtarır - VAKANSİYA

Bakıda yeni fəaliyyətə başlayan Atmosphere Lounge & Restaurant heyəti, mehriban və güclü kollektivdə işləmək arzusunda olan hər kəs üçün bir şans yaratmaqla, Ofisiant / Waiter peşəsinə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 20-35;

• Cins: kişi;

• Qənaətbəxş xarici görünüş

• Gülərüzlülük və səlist danışıq qabiliyyəti

• Dinamik iş tempindən işləməyi bacaran

• Daha əvvəl restoran, otel kimi xidmət sektorunda əmək fəaliyyəti olanlara üstünlük veriləcəkdir.

• Növbəli iş rejimində işləmək imkanı olması zəruridir. Əsas vəzifə və öhdəliklər:

• Hostessin yönləndirdiyi müştəriləri masasına qədər müşaiyət etmək

• Müştərilərin rahat yerləşməsi üçün lazımı ilkin xidməti gösərmək

• Müştərilərə mövcud menyu ilə bağlı ətraflı məlumat vermək

• Müştərilərin yemək sifarişlərini diqqətlə qeydə almaq

• Müştərinin sifarişini aidiyyatı bölümə (mətbəx/bar) operativ təqdim etmək

• Müştərinin sifarişini gecikdirmədən səliqəli şəkildə masaya servis etmək.

• Müştərinin əlavə istəklərini dinləyərək həyata keçməsi üçün tədbirlər görmək

Şərtlər: • İş qrafiki: həftəfə 6 gün /2 növbəli • Nahar müəssisə tərəfindən təmin edilir. • Əmək haqqı 400 azn , əlavə həftəlik bonuslar

Maraqlanan namizədlərdən xahiş olunur ki, öz şəkilli e-mailin mövzu hissəsində Ofisiant / Waiter qeyd edərək career.atmosphere@gmail.com e-ünvanına göndərsinlər. Ünvan: Bakı şəh, Z.Xəlilov 25 B, tel: (0125) 55 20 55; (050) 643 54 34

OXŞAR XƏBƏRLƏR