Bu şəhəri bir görən bir də görmək istəyir – ŞƏXSİ TƏCRÜBƏ

Bu şəhəri bir görən bir də görmək istəyir – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 7 May 2018 11:05 1249
Bu şəhəri bir görən bir də görmək istəyir – ŞƏXSİ TƏCRÜBƏ

Həyatlarını səyahətə həsr etmiş insanlar üçün fürsətləri yaxalamaq asandır – səyahət üçün ın yaxşı vaxtın, ən münasib yerin, ən sərfəli qiymətə olan biletin anında fərqinə varırlar. Bu səyahətçimiz də eynisini edib - ən münasib yerə ən sərfəli qiymətlə uçub. Səyyah.az saytı İlqar Əfəndinin səyahət təəssüratlarını təqdim edir. Mətn redaktə olunmayıb.

“...Ruslar demiş: "Ну что, поехали"?

Qışda ölkəni tərk edə bilmədiyimdən dolayı martın sonu gedəcəyim EU tur üçün biletləri araşdırarkən gözümə maraqlı bir məqam sataşdı: Kazan-a biletlər Buta ilə 29 EUR idi mart ayına... Dedim bəlkə texniki xətadır? 2-3 dəfə yoxladım, gördüm ki, deyilmiş. Tez Samara-da yaşayan dostlarımla əlaqə saxladım ki, bəs filan tarixlərdə gəlsəm OKdir, dedilər həftəsonuna sal ki, evdə olaq. Cumdum biletləri almağa!

16 mart / Baku - Kazan (Buta Airways) (23 kq baqaj ilə) - 49 EUR (səhər reysi)

16 mart / Kazan - Samara (taxi) - 800 RUB

19 mart / Samara - Moskva (Utair) - 1285 RUB

26 mart / Moskva - Bakı (Aeroflot) - 3968 RUB

Danışım Sizə Buta ilə uçduğum Bakı - Kazan reysindən: yeni Embraer, təyyarə təxmini 60-70% dolmuşdu, 40+ yaşında stuard və stuardessa, pulsuz sendviç və su...

Səhər uçuşu olduğundan tezdən (06:45) artıq airportda idim, baqajı bağlatdırdım (2 AZN) səhvən daxil olduğum (Naxçıvana uçuşları həyata keçirən) girişdə (köhnə terminal) və çiynimdə içi boş ryukzakımla köhnə terminalın digər girişində keçdim pulsuz qeydiyyatdan (xüsusi aparat var) və baggage drop üçün keçdim qeydiyyat masasına. Burda Kərəmi ağlamaq tutdu: boş ryukzak üçün 51 AZN (25 EUR) ödəməlisən . Bilirəm ki, qaydaya görə olmaz, amma dedim bəlkə bəxtim gətirə... Ha billah elədim ki, bəlkə icazə verələr boş ryukzakımı özümlə götürüm, dedilər "25 EUR ver, apar". Baqajı da götürdüm, yaxınlaşdım upakovşikə, dedim "ryukzakı baqaja bağla", elədi və 5 AZN aldı qoydu cibinə. Getdim bir daha qeydiyyat masasına, dedim: "sizə 25 EUR verməkdənsə, ona 5 AZN verərəm"... Qeydiyyat aparan oğlan güldü, "düz elədin" dedi, baqajı yola saldı xüsusi trapla təyyarəyə, mən də getdim üzü qapıya. Hər şey yaxşı, bəzi hallarda əla keçdi. Təyyarəyə mindik, yerlərimizi tutduq, təyyarə qalxdı, gülərüz 40+ yaşında stuardessa bizə su, 40+ yaşında üzündən zəhrimar yağan stuard isə bizə sendviçləri payladı (arxada oturmuşdum deyə, mənə ancaq pendirli sendviç çatdı çünki digər sendviçlər bitmişdir - qabaq sıralarda əyləşən sərnişinlər sağ olsunlar )

Axır ki çatdıq Kazana, endim, baqajı gözlədim, çıxdım çölə ki: "Boyyy, qar yağır, özü də nətər lazımdır"  

Kazan aiportundan qatar və avtobusla getmək olar mərkəzə. Təəssüf ki, qatar böyük vaxt aralıqları ilə işləyir (amma rahatdır, çünki düz mərkəzi dəmiryol vağzalına gedir), ona görə avtobusla metroya kimi (Prospekt Pobedy), ordan isə metro ilə Kremlyovskaya stansiyana və sonra peşkom (15-20 dəq, qar yağırdı deyə, yollarda çemodanla gəzmək çətin idi) Mərkəzi Dəmiryol Vağzalına. Dəmiryol vağzalında baqajımı təhvil verdim baqaj saxlama kamerasına (səhv etmirəmsə, 160 RUB ödədim 6 saata görə) və düşdüm Kazanın canına. Yeri gəlmişkən, öncədən couchsurfing vasitəsi ilə meetup üçün bir nəfərlə danışmışdım və biz Tatarstanın milli fast-food restoranında (Tubitey) görüşdük. Artur, 22 yaş (yanılmıramsa), foto-bloqqer, təbiəti çox sevirdi (mənim adamımdır) və onun qız dostu (detalları demiyəcəm ). Fast-food restoranında qara lepyoşkada "kıstıbıyburger" dadaraq getdik şəhəri gəzməyə. Yeri gəlmişkən, çox dadlı idi. Milli yeməkləri fast-food formatında satmaq ideyası isə lap əladır.

Kazanı gəzməyə rahat 4-5 saat kifayət edir, görüləsi yerlər çox deyil. Mütləq şəkildə Kul-Sharif Məscidinə və Naberejnaya gedin deyəcəm. Kazan Arenaya mən gedə bilmədim (həm vaxtım yox idi, həm də qarda ora getməyin yeri yoxdu). Onların da bizim Torqavaya küçəmizdən varladır, ora da baş çəkə bilərsiz tipik turistlər kimi. Kazan haqqında deyə biləcəyim yeganə bir şərh var: "Biz mütləq bir daha görüşəcəyik". İki fərqli din (islam və xristian) nümayəndələrinin möhtəşəm vəhdəti var şəhərdə, küçənin sağında "церковь", solunda "məscid" yerləşən şəhərdir və Rusiyanın digər şəhərlərinə baxanda çox sakitçilikdir.

Arturla sağollaşıb, baqaj saxlama kamerasından baqajımı alıb, getdim taxi ilə Samaraya... Necə? Qalsın növbəti posta.

Samara haqqında növbəti postda Sizlərə məlumat verəcəm....”

OXŞAR XƏBƏRLƏR