Aeroportda “çemodan” zədələnsə nə etməli? – ŞƏXSİ TƏCRÜBƏ

Aeroportda “çemodan” zədələnsə nə etməli? – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 7 May 2018 16:47 1841
Aeroportda “çemodan” zədələnsə nə etməli? – ŞƏXSİ TƏCRÜBƏ

Bu vəziyyətlə əksər səyahətçi qarşılaşır. Sağlam səfər çantanızı zədələnmiş halda görəndə qanınız qaralır, bir çox səyahətçi etiraz etmədən zədəli çantasını alır. Bu səyahətçinin başına gəlmiş oxşar hadisə barədə qeydlərindən sonra zədəli çemodana görə nə etməli olduğunuzu biləcəksiniz. Qeyd edək ki, Şəxsi Təcrübə bölməsində təqdim etdiyimiz səfər təəssüratları redaktə olunmur.

“.... Bir təcrübə/hadisə ilə bağlı bölüşmək istəyirəm. Yanvar ayında Bakıya geri uçub gələndə aeroportda "chemodanin" zədəlı olmasını aşkarladım. Həmin baqaj alınma məntəqəsindən çıxmamış dərhal yaxınlaşdım Lost&Found-a və Property İrregularity Report (PİR) yazdırdım. Evə gələndə sığortaya zəng vurdum (Pasha Sığortadan səfər sığortam var idi, baqaj zədələnməsi daxil), mənə bildirdilər ki Aviaşirkət bu hadisəni hadisə kimi tanımalıdır ki biz kompensasiya verək. Ukrainia Hava Yollarının burdakı ofisi bildirdi ki PİR və baqajın şəkillərini şirkətin ümumi customerrelations emailinə göndərmək lazımdır və 3 ay ərzində cava verilir. Belə də oldu - 3 ayın sonunda mənə müsbət cavab verdilər, istədəyimi məbləği köçürtmək üçün rekvizitlərimi istədilər və əlavə xərc olduğu halda əlavə sənəd istədilər. Ödənişi 3 həftəyə söz vermişdilər - vaxtın sonunda da etdilər. Xoş təəccüb hissi var məndə.

Bu proseslərdən sonra Sığorta şirkəti tələb etdiyi kimi bütün sənədlər ilə müraciət etdim. Mənə hətta bildirdilər ki zədələnmiş baqaj üzrə olan limitdən hazırda aviaşirkət ödədiyi təminat çıxılaraq, qalan hissə mən tərəfimdən şirkətdən tələb olunur. Amma 1 gün sonra mənə bildirildi ki Aviaşirkət istənilən məbləği ödədiyi üçün sığorta təminat verməyəcək. Əslində özləri əvvəldən istədiyi üçün müraciət etmişdim.

Birinci dəfə olduğuna görə sırf prosedur olaraq bütün addımları atdım və hamıya tövsiyyə edirəm. Ən vacib olanı Property İrregularity Report (PİR) baqaj alınma məntəqəsindən çıxmamış aktlaşdırmaqdır.

OXŞAR XƏBƏRLƏR