Naxçıvanda nə etməli? – ŞƏXSİ TƏCRÜBƏ

Naxçıvanda nə etməli? – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 14 May 2018 10:48 1164
Naxçıvanda nə etməli? – ŞƏXSİ TƏCRÜBƏ

Səyyah.az oxucularına səyahətçilərin səfər təəssüratlarını təqdim etməyə davam edirik. Bu təəssüratlar vasitəsi ilə siz səfərə çıxmazdan əvvəl edə biləcəklərinizin siyahısını tuta, səfər gündəliyi olaraq istifadə edə bilərsiniz. Facebook istifadəçisi Gəzgin Həyat nikli userin səhifəsində paylaşdığı qeydləri təqdim edirik. Qeyd edək ki, təəssüratların təhrifə uğramaması səbəbi ilə yazılanları redaktəsiz veririk.

“...Bu günə qədər qrupda Azərbaycanın gəzməli-görməli yerləri haqqında yüzlərlə post və şəkillər paylaşılıbdır. Ancaq ölkəmizin ən gözəl və fərqli yerlərindən biri olan Naxçıvan MR barədə postlar demək olar ki, yoxdur. Əgər bu günə qədər oranı görməmisinizsə, may-iyun aylarında ölkədaxili səyahət etmək üçün gözəl yerlərdən biridir. Naxçıvana ilk dəfə gedəcəklər üçün dolu-dolu 1 həftəlik gəzməli yerlər vardır. Tarixi abidə cənnəti olan Naxçıvanda saysız-hesabsız tarixi abidələr ziyarət edə bilərsiniz. Özümün getdiyi və məsləhət görəcəyim yerləri sadalacayacam, əminəm ki, bunlardan başqa bilmədiyim xeyli gəzməli-görməli yerləri vardır, onu da bilənlər kommentlərdə əlavə edərlər. Bakıdan gediş-dönüş biletinin qiyməti 100 manatdır. Əlavə olaraq deyim ki, orada, əsasən də kəndlərdə bütün evlərin qapısı sizlərə açıqdır, insanlar çox qonaqpərvərdir. p.s-gəzəyənlər növbəti turlarından birini Naxçıvana etsə gözəl olar :)

1-Əshabi-kəhf dağları- Naxçıvana gələnlərin ilk getdiyi yerlərdən biri olan ziyarətgaha ilk gedənlər buranı çox maraqla qarşılayır. Lakin əsas maraqlı olan heç kimin getmədiyi hissəsidir. Ziyarətgahın pilləkanlarının başladığı yerdə sağ tərəfdən dağın üzərinə qalxmaq mümkündür. Zirvədə sizi möhtəşəm gözəllik, axar bulaq, yağışlardan əmələ gəlmiş hovuzlar sizi gözləyir. Zirvəyə qalxmaq üçün təxminən 2-3 saat aralığında vaxtınız gedəcəkdir. Standart bir yolu qalxış yolu yoxdur. Dağın üzərinə qalxmaq fikriniz olsa tək qalxmağı məsləhət görmərəm. Yanınızda bu yerləri tanıyan birinin olması yaxşı olar. Dağdan enərkən sadəcə olaraq bir yol var, o yola getməyincə hər dəfə çıxışı olmayan qayalarla qarşılaşacaqsıznız. Təxminən dağa qalxıb-enmək, həmçinin ziyarətgaha getməklə ən az yarım gününüzu buraya sərf edəcəksiniz. Əshabi-kəhf dağının girişində yerdə olan təndirdə hər 40 dəqiqədən bir 20 dəqiqə müddətinə müalicəvi su qaynayaraq çıxır. Bir çox xəstəliklər üçün xeyirli olması guman edilir. Bu arada ziyarətgahda olan “damcıxana” adlanan mağarada insanlar oturub başlarına damcı düşməsini gözləyirlər. Rəvayətə görə kimin başına damcı düşəcəksə onun arzusu qəbul olur. Əsasən yay aylarınadak damcılar daha tez-tez düşür. Buna səbəb həmin mağaranın olduğu yerdə dağın üst hissəsində axar bulağın olması və həmin bulağın yay aylarında quruması olmasını düşünürəm))))

2-Nəhəcir dağı və mineral suyu- Nəhəcir dağı Əshabi-kəhf dağından bir əvvəlki, yəni qonşuluqda yerləşən dağdır. Bu dağın ətəyində olan Nəhəcir suyu barədə internetdə demək olar ki, məlumat yoxdur. Deməli dağın ətəyində yerdən 1 metr hündürlükdə olan dəmir borudan hər 45 dəqiqədən bir 15 dəqiqəlik müddət ərzində yerdən 2-3 metr hündürlüyündə mineral su fontan vurur. Bu təbiət möcüzəsini gördükdən sonra uzun müddət yadınızdan çıxmayacaq. Suyun tərkibi insan üçün çox faydalı olması güman edilir. Xüsusən də suyun dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyət daşıması təsdiqlənib. Youtube və googlada bu yer haqqında 2011-ci ilə aid cəmi 1 video tapa bildim. May iyun aylarında bu yerlərin yamyaşıl və çiçəklər içərisində olacağını unutmayın.

Video link: (https://www.youtube.com/watch?v=b8QJXXdruZo)

3- Gözəl Batabat- Naxçıvanın ən gözəl yerlərindən biri də şübhəsiz ki Batabat yaylağıdır. Naxçıvan şəhərinə təxminən 2 saatlıq məsafədə yerləşən Batabat ilin bütün sezonlarında fərqli olmasına baxmayaraq may-iyun aylarında xüsusilə gözəldir. Batabat meşələrini, çayları keçdikdən sonra dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən Batabat yaylağı və gölü öz gözəlliyi ilə seçilir. Burada siz möhtəşəm təbiət gözəlliyini seyr edə, üzən adanı izləyə, “Zor bulaq” adlanan və yayın ən isti vaxtlarında belə buz kimi suyu olan bu bulaqdan su içə, özünüzə kabab qonaqlığı verə bilərsini)). Deyilənə görə “zor” bulaqda kim əlini 1 dəqiqədən artıq saxlasa ona yüksək məbləğdə mükafat veriləcək)) https://www.youtube.com/watch?v=Rjuhc4SegBU

4. Sirab dağları- Təbii ki, hər bir süfrədən əskik olmayan Sirab suyunun mənbəsini görməyi, dağın özündən gələn təbii mineral suyunu içmədən Naxçıvandan qayıtmaq olmaz. Bulaqdan içdiyiniz sirab suyu satışda olandan çox fərqlənir. Əvvəl içdikdə insana acı gəlməsinə baxmayaraq bir neçə dəqiqə sonra insan yenidən həmin suyu içmədən dayana bilmir. Sirab kəndi Naxçıvan şəhərindən təxminən avtomobillə 1 saatlıq məsafədə yerləşir. Kənddən 15 dəqiqə məsafədə isə dağlar və suyun mənbəyi yerləşir.

5. Əlincə qalası- Əmir Teymurun illərcə qalanı almaq üçün hər yola əl atdığı, dünya əhəmiyyətli abidə sayılan Əlincə qalası eşitdiyimə görə bir neçə il əvvəl restavrasiya edilibdir. Zirvəyə qalxmaq yorucu olsa da bu dağın hər bir daşında tarix yazılıbdır. Təxminən 7-8 il əvvəl sonuncu ziyarətimizdə qalanın ən yuxarı hissəsində xüsusi gözəllikdə hovuzların olmasını görmüşdük. Orada həmin hovuzların vasitəsilə qədimdə qalanın su ehtiyacının qarşılandığını bizə demişdilər. Suyu içməli və buz kimi idi. Restavrasiyadan sonra hovuzların qalıb qalmamasından məlumatım yoxdur. https://www.youtube.com/watch?v=s_QaSthtUJI

6. Culfa(Darıdağ) suyu- Naxçıvana gedib 1 axşamı Darıdağda olan termal su vannalarına sərf etməmək olmaz. Bir çox xəstəliklərə xeyri olması deyilir. Culfa şəhərindən 15 km, məsafədə, Naxçıvan şəhərindən isə avtomobillə 2 saatlıq məsafədə yerləşir.

7. Duzdağ- Naxçıvan şəhərindən 15 dəqiqəlik məsafədə yerləşən “Duzdağ” otelindən təxminən 10 dəqiqəlik məsafədə yerləşən Duzdağ fizioterapiya mərkəzinə mütləq baş çəkin. Hər tərəfin duzlardan ibarət olan, nəfəs aldıqda mentol təravəti verən bu mağarada gəzdikcə yol bitməyəcəkdir. Mağaranın ən sonunda isə müalicə yerləri yerləşir. https://www.youtube.com/watch?v=G3XSu_0fgII

8. Ordubad- Ordubad sucuğu, qozu, əriyi, limonu və ən əsası gözəl təbiəti, kiçik gölləri, çayları, dağları ilə ən az 1 gün sərf ediləcək gözllikdə bir yerdir. Ordubad rayonunun Xurs kəndində yerləşən Göygölü görməyi unutmayın.

 

OXŞAR XƏBƏRLƏR