İsveçrənin heç bir xəritədə görünməyən sərhədlərini necə keçdim?

İsveçrənin heç bir xəritədə görünməyən sərhədlərini necə keçdim?
Şəxsi təcrübə 30 May 2018 12:15 1442
İsveçrənin heç bir xəritədə görünməyən sərhədlərini necə keçdim?

İsveçrə üçün çoxdillilik, britaniyalılar üçün nəzakət və italyanlar üçün dəb qədər əhəmiyyətlidir. Bu, onlar üçün milli iftixar mənbəyidir.

Bu, mənim qatarla ən qısa səyahətlərimdən biri idi: İsveçrənin Neuchatel şəhərindən sadəcə bir dayanacaq olmaqla cəmi 10 dəqiqə.

Lakin kiçik İns bələdiyyəsinə çatanda hər şey fərqli görünürdü.

İlk əvvəl nəyin fərqli olduğunu aydınlaşdıra bilmədim.

Bəlkə bu arxitektura fərqi idi? Yoxsa bədən dili?

Hətta hava belə sanki dəyişmişdi.

Bir az gəzişdim. Sadəcə bildiyim o idi ki, hələ də İsveçrədəyəm.

Heç bir beynəlxalq sərhədi keçməmişdim.

Küçə işarəsinə diqqət yetirdikdən sonra isə hər şey aydın oldu.

Mən alman və fransızdilli İsveçrə arasında görünməyən xətt olan Röstigraben-i keçmişdim.

İsveçrənin dörd rəsmi dili var: alman, fransız, italyan, retoroman dilləri 

İsveçrənin dörd rəsmi dili var: alman, fransız, italyan, retoroman dilləri

Röstigraben sözü "rösti xəndək" mənasını verir.

Bu terminin tarixi Birinci Dünya müharibəsinə gedib çıxır. Həmin vaxt İsveçrənin loyallığı linqvistik xətlərə uyğun bölünmüşdü.

Rösti ənənəvi İsveçrə-alman yeməyidir. O, qızardılmış kartof və bəzən isə donuz əti, pendir və soğanlı kartofdan ibarətdir.

Coğrafi olaraq Röstigraben təxminən Zane çayı boyunca uzanır. Onu heç bir xəritədə görmək mümkün deyil. O, sadəcə beyinlərdə həkk olunub.

Lakin digər sərhədlər kimi, Röstigraben-i də məni kimi xaricilər istisna olmaqla heç kim bilmədən keçmirdi.

Almandilli isveçrəlilərin təxminən yarısı hər il "sərhədi" yalnız bir dəfə keçir. 15 faizi isə indiyə qədər heç vaxt keçməyib, ən son təhqiqatda belə deyilir.

Röstigraben "sanki təhlükəli bir bölgəyə müvəqqəti miqrasiyaya bənzəyir. Orada insanların nə danışdığını anlamırsınız", İsveçrənin qeyri-kommersiya təşkilatının rəhbəri Manuela Bianchi yarızarafat mənə dedi.

Onun atası italyandilli, anası isə almandillidir. O, hər iki dildə danışa bilir və üstəgəl məktəbdə fransız və ingilis dillərini də öyrənib.

Bəli, İsveçrənin çoxdilli olması bəzən problemlər yaradır - bir çox ərzaq şirkətləri məhsulların tərkibi haqda hər üç dildə yazır. Lakin ümumiyyətlə bu reallıq "gözəl nemət" kimi qiymətləndirilir.

İsveçrə üçün çoxdillilik, britaniyalılar üçün nəzakət və italyanlar üçün dəb qədər əhəmiyyətlidir. Bu, onlar üçün milli iftixar mənbəyidir.

Kiminsə öz dil bilmə bacarıqlarına görə öyünməsi "isveçrəlilərə yaraşmır".

Röstigraben alman və fransızdilli İsveçrəni ayıran gözəgörünməz xətdir 

Röstigraben alman və fransızdilli İsveçrəni ayıran gözəgörünməz xətdir

Sərhəd haqqında düşünərkən ağıla siyasi demarkasiya - sərt sərhəd, bəlkə də iki milləti bir-birindən ayıran divar gəlir.

Lakin mədəni sərhədlər, linqvistik sərhədlər və düşüncə sərhədləri də var.

Bunu isveçrəlilərdən yaxşı heç kim bilmir. Buradakı dil və mədəni rəngarənglik İsveçrədəki digər hər şey kimi mükəmməl şəkildə işləyir.

İsveçrə dünyada demokratik ənənələri olan ən zəngin dövlətlərdən biridir: çoxsaylı referendumların keçirildiyi xüsusi demokratiya və yüksək muxtariyyəti olan əyalətlərdən, kantonlardan ibarət dövlət.

Onlar isveçrəlilərin adlandırdığı kimi, "Willensnation" şəklində birləşiblər. Yəni "istəklə yaranmış millət". Bu sözün İsveçrədə xüsusi əhəmiyyəti var. Bu, onlar üçün "birgə yaşamaq istəyi ilə doğulmuş millət" deməkdir.

İsveçrəni Willensnation, yəni "birgə yaşamaq arzusu ilə doğulmuş millət" ideyası birləşdirir

İsveçrəni Willensnation, yəni "birgə yaşamaq arzusu ilə doğulmuş millət" ideyası birləşdirir

Tarix də bir çox şeylərə işıq salır. İsveçrənin çoxdilli bu günü bir çox əsrlər bundan əvvələ dayanır. Həmin dövrlərdə heç birləşmiş millət də mövcud deyildi.

Bu bölgə bir neçə linqvistik qrupların yolayrıcında yerləşir. Dağlar sanki onlar arasında təbii sərhəd yaradır.

1848-ci ildə İsveçrə yarananda dil sərhədləri artıq mövcud idi.

İsveçrənin dörd rəsmi dili var: alman, fransız, italyan və retoroman dili. Sonuncusu məhdud statusa malikdir və çox az sayda isveçrəlilər bu dildə danışır.

Beşinci dil olan ingilis dili isə sanki bu dillər arasında körpü rolunu oynayır.

Pro Linguis tərəfindən keçirilmiş ən son sorğuda iştirakçıların dörddə üçü həftədə üç dəfə ingilis dilindən istifadə etdiyini bildirib.

Çoxdilli İsveçrədə hətta dil bölgüsünün özü də bölünüb.

Almandilli kantonlarda insan evdə İsveçrə almancasında danışır, məktəblərdə isə standart almanca öyrənirlər.

Ticino kantonunda istifadə edilən italyancaya alman və fransız dillərindən də sözlər əlavə edilib.

İtalyandilli İsveçrənin mədəni bölgüsü...

İtalyandilli İsveçrənin mədəni bölgüsü...

Dil müqəddərat olmasa da, o, işlətdiyimiz sözlərdən daha çox şeyi müəyyənləşdirir.

Dil mədəniyyəti, mədəniyyət isə həyatı hərəkətə gətirir.

Bu mənada Röstigraben dil sərhədi qədər həm də mədəni sərhəd deməkdir.

"Fikrimcə fransızdillilər daha rahatdırlar. Hətta adi iş günündə belə nahara bir badə ağ şərab normal sayılır. Almandillilər isə daha az zarafat hissinə malikdirlər", Bianchi izah edir.

İtalyandilli İsveçrədə bölgü daha dərindir. Bu bölgü Polentagraben adlandırılır.

İtalyandillilər azlıq sayılır və əhalinin yalnız 8 faizini təşkil edirlər. Onlar əsasən cənubdakı Ticino kantonunda yaşayırlar.

"Bura ilk dəfə köçəndə mənə dedilər ki, Ticino İtaliyaya bənzəyir, lakin İtaliyadan fərqli olaraq burada qanunlar işləyir. Məncə, bu həqiqətdir", son 10 ildir Ticino-da yaşayan braziliyalı akademik Paulo Goncalves deyir.

Yeganə rəsmi dili olan ölkədən gəlmiş Goncalves İsveçrənin bu çoxdilliliyindən heyrətə gəlir.

"Onların bir-biri ilə necə yola getmələri inanılmazdır", insanların fransızca, almanca, italyanca və ingiliscə danışdığı konfransı xatırlayan Goncalves deyir.

"Eyni konfrans zalında təqdimatlar dörd müxtəlif dildə edilirdi".

"Mən artıq 10 il bundan əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə fərqli insanam", o əlavə edir.

İsveçrənin 26 kantonundan 17-si almandillidir 

İsveçrənin 26 kantonundan 17-si almandillidir

İsveçrənin dilləri bərabər bölünməyib.

Ölkənin 26 kantonundan 17-si almandillidir. Digər dördü fransız, yalnız biri isə italyandillidir.

Üç kanton iki dilli, bir kanton isə hətta üç dillidir.

İsveçrəlilərin əksəriyyətinin - 63 faizinin birinci dili alman dilidir.

Dünyanın İsveçrəyə aid etdiyi dəqiqlik və təmkinlilik İsveçrədəki almandillilərərə xas xüsusiyyətdir.

İsveçrə-alman dili və mədəniyyəti, xüsusi ilə də biznes dünyasında dominantdır.

İsveçrənin görünməyən linqvistik sərhədləri barədə bir kitabın müəllifi Christophe Büchi-yə görə, ziddiyyətin mənbəyi də məhz budur.

"Lakin bununla İsveçrə siyasətini idarə edən praqmatizm başa çıxa bilər."

İsveçrənin əsl milli dili, o deyir, razılıq dilidir.

OXŞAR XƏBƏRLƏR