Tbilisiyə getmək istəyənlər üçün faydalı tövsiyyə - ŞƏXSİ TƏCRÜBƏ

Tbilisiyə getmək istəyənlər üçün faydalı tövsiyyə - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 20 Iyun 2018 16:00 1697
Tbilisiyə getmək istəyənlər üçün faydalı tövsiyyə - ŞƏXSİ TƏCRÜBƏ

Səyyah.az Şəxsi Təcrübə bölməsində səyahətçi Rəşad Həsənzadənin şəxsi təcrübəsini təqdim edir.

Tbilisiyə getməyən qalmasada, bəlkə də mənim tövsiyyələrim kiminsə üçün faydalı olar.

Tbilisinin əsas gəzməli yerləri TripAdvisor tətbiqində var, orda özünüzə, zövqünüzə uyğun yerlər seçərək rəyləri öyrənərək səyahətinizi planlaya bilərsiz.

Görüntünün olası içeriği: dağ, gökyüzü, açık hava ve doğa

Tbilisiyə gələrək əgər şəhərdaxili hərəkət üçün taksiyə üstünlük verirsinizsə o zaman Taxify və ya Yandex Taxi-dən istifadə edin. Beləliklə özünüzü fırıldaqçı taksistlərdən qorumuş olacaqsınız. Şəhərdaxili 5-6 GEL xərciniz çıxacaq A nöqtəsindən B nöqtəsinə getmək üçün.

Görüntünün olası içeriği: gökyüzü ve açık hava

Öz maşınınızla gəlirsinizsə ehtiyyatlı olun, məsləhətdir ki ödənişli bağlı parkinqlərdə saxlayasınız. Maşınların müxtəlif detallarının oğurluğu nadir hal deyil. Mənim maşınımnan məsəl üçün parktronik sensorlarını oğurladılar, özüdəki harada, düz Narikalaya girişdə . Orda olar taksi sürücüsü və şirə satanların tanışıdır həmin oğru, ört-basdır etmək istəyirdilər bu halı. Bir çox tanışın və dostun maşınından nəsə oğrayıblar burda. Naviqasiya üçün MAPS.ME tətbiqini məsləhət görürəm. Off-line, internet bağlantısını tələb etməyən ən dəqiq xəritədir.

Görüntünün olası içeriği: açık hava

Gürcü mətbəxini dadmaq və cibə ciddi ziyan vurmamaq üçün sizə Maspindzelo • მასპინძელო restoranını məsləhət görürəm. İki nəfərlik 30-40AZN çıxacaq xərciniz. Yeməyi çox tez gətirirlər, nə sifariş etsənizdə - çox dadlıdır. Əvvəlcədən rezervasiya etmək tövsiyyə edirəm, çünki bəzən 20dəq növbələr olur. İnanın, digər restoranlara gedərək çox peşmançılıq çəkmişik, əsasən yeməklərin dadına görə :)

Tbilisiyə gəldinizsə, mütləq Mtskheta və Uplistsikhe-yə gedin. Jvari monastırındən möhtəşəm mənzərə açılır, Uplistsikhedə isə saysız hesabsız mağaralarə görüb gəzəcəksiz (1 nəfərlik bilet 7GEL). Tbilisinin özündə isə, şəhərin düz mərkəzindən Narikalaya qalxın, Narikalanın ən yüksək nöqtəsindən bütün Tbilisini seyr edin. Həmin yerlərin şəkillərinidə əlavə edirəm.

OXŞAR XƏBƏRLƏR