Antalyada 11 aylıq körpə ilə nələr etmək və haralara getmək olar?- ŞƏXSİ TƏCRÜBƏ

Antalyada 11 aylıq körpə ilə nələr etmək və haralara getmək olar?- ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 27 Iyun 2018 16:16 959
Antalyada 11 aylıq körpə ilə nələr etmək və haralara getmək olar?- ŞƏXSİ TƏCRÜBƏ

Səyyah.az turizm portalı səyahət etməyi sevən 2 uşaqlı ailə, ata - Nazim, ana- Evanın şəxsi təcrübəsini təqdim edir.  

Qeyd edim ki, Antalyaya səfərimiz öncəki ilin Avqust ayının 25-də, 8 günlük baş tutmuşdu. 

Tur paketimizin tərkibinə hər şey - oteldə gecələmə, gündə 5 dəfə qidalanma, transfer, sığorta daxil idi. Ümumi tur bizə 3 nəfərə (2 böyük və 11 aylıq körpə) 1200 AZN başa gəlmişdi. 

 

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, oturan insanlar, şort ve açık hava
Seçdiyimiz otel 4* və Side bölgəsində yerləşirdi.  İlk öncə onu qeyd edim ki, əgər siz dəniz istirahətinə getmək istəyirsinizsə və qaldığınız oteldə ümumiyyətlə azərbaycanlı və rus görmək istəmirsinizsə, Antalyada olan bölgələrdən ən idealı SİDEdir. Bu bölgə Alman vətəndaşlarının çoxluq təşkil etdiyi bir bölgədir. Alanya bölgəsinə yaxındır. Antalyadan olan məsafəsi təxminən 1 saatdır.

Otel: 
Getdiyimiz otel barədə ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://booki.ng/2tBo2q2 
Otel seçimimizi biz 4* otel olaraq seçmişdik. Dənizdən olan məsafəsi 10 dəqiqə piyada, özünün iri hovuzu var idi. Əyləncəsi isə yetəri qədər, animatorlardan tutmuş musiqili şou proqrama qədər. Tam da uşaq üçün idealdır deyə bilmərəm, çünki uşaq əyləncəsi demək olar ki, yox idi. Emil 11 aylıq olduğu üçün düzünə qalsa, uşaq əyləncəsi otel olması bizim üçün lazım deyildi. Otaqda uşaq üçün baby cot dediyimiz uşaq çarpayısı var idi və bu pulsuz idi.

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, gökyüzü ve açık hava

Qidalanma: 
Otelin qidalanması gündə 5 dəfə olan, All Inclusive deyə sevdiyimiz növ idi. Bu qidalanma növündə siz günün istənilən saatı bufetə yaxınlaşaraq istədiyiniz qədər yemək yeyə bilərsiniz. Bundan əlavə, otelin müxtəlif bölgələrində də fərqli qidalar təklif olunurdu: hovuzun başında xüsusi dondurma saatları, barın yanında pivə saatları və s. Qeyd edim ki, bu qidalanma növündə yerli spirtli içkilər pulsuz, xarici spirtli içkilər isə əlavə ödənişlə olur. Bundan əlavə otelin A la cart sistemlə işləyən bir restoranı var idi, hansı ki, menyu əsasında sifariş edib, yemək yeyə bilərsiniz. 8 gün ərzində o restorandan heç istifadə etmədik. Gündə 5 dəfə yemək təklif edən restoranın həm çeşidi, həm keyfiyyəti son dərəcə qiymətə uyğun idi.

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, bulut, gökyüzü ve açık hava

GƏZMƏLİ YERLƏRİ: 
Otelin qarşısından Sidenin mərkəzinə avtobus dediyimiz, dolmuşlar gedirdi. Sidenin mərkəzi çox rəngarəng və müxtəlif yaxtalarla dolu sahil boyu yerləşir. Qeyd edim ki, Sideyə getdiyiniz zaman şopinq etməyi unudun. Çünki satılan əşyalar sizə bizim 2000-ci illəri xatırladacaq. Qiymətlər isə hədsiz baha. Sidenin mərkəzi küçələrini gəzərək, köhnə amfiteatra gedə bilərsiniz, eyni zamanda yol boyu tarixi bina qalıqlarına da nəzər yetirə, şəkil çəkdirə bilərsiniz. Sidedən sonra biz Antalya şəhərinə yollandıq. Bu dəfə maşın icarə götürmüşdük. Qeyd edim ki, Sidedən Antalya mərkəzinə çatmaq ictimai nəqliyyatla çox çətin və bir neçə transferlə mümkündür. Ən ideal variant isə maşın icarəsidir. Burada siz The Land Of Legends tematik parkına (Belek zonasında yerləşir və Rixos Otellər şəbəkəsinin üzvüdür), Antalyanın mərkəzində yerləşən ən iri akvariuma (giriş 45 eur turistlər üçün  Düdən Şəlaləsinə və Antalyanın ən iri AVM-sinə gedə bilərsiniz.

UÇUŞ: 
Antalyaya uçuşumuz AZAL JET ilə həyata keçmişdi və burada yalnız 10 kg əl yükü haqqımız var idi (bir adama). Əslində üçümüzün də əl yükümüz 9 kg alınmışdı.  Bu il isə Antalyaya birbaşa həm AZAL və həm də Buta Airwaysuçuşlar təşkil edir. Azal ilə uçuş zamanı sizin standart biletdə 23 kg və 10 kg əl yükü haqqınız var, Buta Hava Yolları ilə isə siz bu yüklər üçün mütləq əlavə rüsum ödəməlisiniz.

@facebook.com/ninja.parents

 

OXŞAR XƏBƏRLƏR