"Mado Azərbaycan" işçi axtarır - VAKANSİYA

"Mado Azərbaycan" işçi axtarır - VAKANSİYA
Təhsil və karyera 5 Iyul 2018 15:37 1070
"Mado Azərbaycan" işçi axtarır - VAKANSİYA

Səyyah.az turizm və karyera portalı xəbər verir ki, Mado Azərbaycan "Qida təhlükəsizliyi" üzrə mütəxəssis axtarır. 

Kimə tabedir: Qida təhlükəsizliyi şöbəsinin müdirinə

Tələblər: - Minimum 1 il bu sahədə iş təcrübəsinə malik olmalıdır

- Yaş aralığı 23-30

- Məsuliyyətli, diqqətli və səliqəli olmalıdır

- Kişi namizədlər

- İş üçün lazım olan xüsusi və peşakar biliklər

- Qida istehsalında təcrübə

- Yaxşı kompüter bacarıqları (Microsoft Office)

- İSO 22000 Qida Təhlükəsizlik və HASSP sisteminə dair ilkin nəzəri biliklər

Vəzifələr: - Xammal, yarımfabrikatların və hazır məhsulların keyfiyyəti və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcudluğunu yoxlayır; - Istehsala nəzarətin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə mövcud qanunvericiliklə müəyyən edilmiş hesabatlara və hesabatların aparılmasına cavabdehdir; - Müvafiq sənədləri təmin edir; - Ərzaqların alımı, istehsalı, saxlanılması və daşınması zamanı sanitar-epidemioloji və gigiyenik (qalaşdırılması, temperatur, nəmişlik və s.) tələblərə uyğunluğu yoxlanılır; - Məhsulların keyfiyyətə nəzarətini həyata keçirir; - Qida məhsullarının silinmə proseslərinin həyata keçirilməsinə nəzarət edir, - İstehsal prosesi zamanı personalın gigiyenik qaydalara əməl etməsinə nəzarət edir, - Günlük, həftəlik və aylıq sanitar gigiyenik yoxlamaların aparılması. - Aşkar edilmiş qayda pozuntuları zamanı aktlaşdırılmanın həyata keçirilməsi. - İşçilərin tibbi müayinədən vaxtıvaxtında keçməsinə nəzarət edir; - İaşə bölmələrinin sanitar gigiyenik qaydalara uyğun təmizlənməsinə nəzarət edir; - Gündəlik olaraq şöbə müdirinə gördüyü işlər ilə bağlı məruzə etmək; - Təyin olunan digər vəzifələri icra etmək.

Müraciət etmək üçün CVlərinizi hr@mado.az elektron ünvanına " Qida təhlükəsizliyi üzrə mütəxəssis " sözünü qeyd etməklə göndərməyiniz və ya 051 330 07 10 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

OXŞAR XƏBƏRLƏR