DMX: Əcnəbilər elektron qaydada əmək vizası ala biləcəklər

DMX: Əcnəbilər elektron qaydada əmək vizası ala biləcəklər
Xaricdə iş və miqrasiya 9 Iyul 2018 11:03 1972
DMX: Əcnəbilər elektron qaydada əmək vizası ala biləcəklər

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər.

Dövlət Miqrasiya Xidmətindən “Report”a verilən məlumata görə, iyulun 6-dan “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olunub. Bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.

Məlumatda bildirilib ki, “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir. Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.

Qeyd edək ki, ASAN Viza www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR