Tanınmış hotelə işçi axtarırılır - VAKANSİYA

Tanınmış hotelə işçi axtarırılır - VAKANSİYA
Təhsil və karyera 13 Iyul 2018 10:03 1535
Tanınmış hotelə işçi axtarırılır - VAKANSİYA

 

İşə götürən: Baku Boulevard Hotel,  Autograph Collection

Şöbə: Kadrlar şöbəsi

Vəzifə: Təlim və inkişaf üzrə koordinator

Son müraciət tarixi:  31 avqust 2018-ci il

Təlim və İnkişaf üzrə Meneceri rəhbərliyi altında Təlim və tədris bölməsinin effektiv və problemsiz idarə edilməsində köməklik göstərmək, zəruri təlim kurslarının otelin əməkdaşlarına effektiv şəkildə təqdim edilməsini,  şöbədaxili əməliyyatlara dair təlimatda müəyyən edilmiş bütün siyasət və prosedurlara ciddi şəkildə riayət olunmasını təmin etmək.

Vəzifə öhdəlikləri:

 Kadrlar şöbəsi üçün daxili əməliyyatlara dair təlimatın, təlim formasının hazırlanması və yenilənməsini etmək.
 Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək.
 Plana uyğun olaraq, şöbədaxili hesabat görüşlərində iştirak etmək.
 Otelin işçilərinə və ziyarətçilərinə müvafiq səviyyədə peşəkar, nəzakətli və qayğıkeş xidmətlər təqdim etmək.
 Şirkət və otel işçiləri arasında təlim fəaliyyətini fəal şəkildə təşviq etmək. 
 Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq
 İcraçı komitəyə və şöbə rəhbərlərinə hər bir şöbə çərçivəsində təlim ehtiyaclarının müəyyən edilməsini etmək.
 Otelin və şöbənin daxili əməliyyatlarına dair təlimatların tərtib etmək.
 Mövcud təlim materiallarını oteldə işçilər arasında fəal şəkildə təşviq və təqdim etmək.
 İşçilərin texniki təhlükəsizliyi və inkişafına xüsusi diqqət yetirməklə, otel çərçivəsində bütün səviyyələrdən olan işçilərlə sıx və peşəkar iş münasibətlərini qoruyub saxlamaq. 
 Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Namizədə olan tələblər:

 Ali təhsil;
 Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
 Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
 MS Office (Word, Excel, Power point), 1C bilikləri; 
 Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
 Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq; 
 İşgüzar və məsuliyyətli

İş şərtləri:

 iş rejimi - həftədə 5 günlükdür
 iş saatları - 09.00-18.00 
 1 saatlıq nahar fasiləsi

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təlim və inkişaf üzrə koordinator” və ya “Training coordinator” qeyd edərək Avqust ayın 31-dək CV-nizi boulevard.careers@absheronhotelgroup.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com

OXŞAR XƏBƏRLƏR