Yayın istisində sərin ölkə axtaranlar üçün... -ŞƏXSİ TƏCRÜBƏ

Yayın istisində sərin ölkə axtaranlar üçün... -ŞƏXSİ TƏCRÜBƏ
Təhsil və karyera 20 Iyul 2018 11:32 855
Yayın istisində sərin ölkə axtaranlar üçün... -ŞƏXSİ TƏCRÜBƏ

Səyyah.az turizm portalı sizə yayın istisində özünə sərin ölkə tapan səyahətçinin şəxsi təcrübəsini təqdim edir.

Sizə danışım Malmö - İsveçdən. Əvvəlcə onu deyim ki, yaya fərqli və sərin bir yer axtarırsınızsa buranı seçə bilərsiniz. Necə deyərlər "I was really amazed". Şəhərin ab-havası, rəngli küçələri, fərqli binaları və möhtəşəm insanları! Adətən şimal insanları soyuq olur deyirlər amma tam əksini gördüm, çox mehriban və yardımsevərdirlər. Demək olar hərkəsin ingilis dilini əla səviyyədə bilməsi isə xüsusi xoşbəxt etdi məni. Bu kiçik şəhərin öz aeroportu olsa da çox vaxt Kopenhagen(Danimarka) aeroportuna uçub ordan sualtı tuneldən qatar yolu ilə keçmək daha sərfəli başa gəlir və daha maraqlıdır. Nəqliyyat yaxşı təşkil olunub və demək olar gecikmələr yoxdur(dəqiqlikdə almanlara çatmaq üzrədirlər). Ən çox velosipeddən istifadə edirlər. Mərkəzə çatan kimi qayıq turuna qoşula bilərsiniz. Gəzinti zamanı sizə İsveçin məşhur darçınlı kökələri(kanelbullar) və çay, kofe təklif olunur. Burada məşhur olan steyk və balıq yeməklərini isə çox bəyəndim. Qiymətlər euro ilə müqayisədə ucuz, manatla müqayisədə bahadır(valyuta- İsveç kronu). Bu cür gözəl şəhərdə insanların depressiyada olmasının isə ancaq iki səbəbi var

- 1. ilin böyük hissəsi havanın tutqunluğu,

2. həyatda hər şeyi görüb doymaq, yaxşı yaşamaqdan bezmək.

Sizə ikinci səbəbdən depressiyaya düşməyi arzu edirəm!

Paylaşdı: Gəzəyənlər qrupu,  Samra Rzayeva

OXŞAR XƏBƏRLƏR