Venesiya... Kanallar, rənglər və yaponların şəhəri- ŞƏXSİ TƏCRÜBƏ

Venesiya... Kanallar, rənglər və yaponların şəhəri- ŞƏXSİ TƏCRÜBƏ
Xaricdə iş və miqrasiya 27 Iyul 2018 10:23 1861
Venesiya... Kanallar, rənglər və yaponların şəhəri- ŞƏXSİ TƏCRÜBƏ

İstanbulda türkdən çox ərəb olduğu kimi, burada da italyandan çox yapon var. 

Səyyah.az turizm portalı səyyar Nərgiz Müzəffərovanın şəxsi təcrübəsini təqdim edir. 


Qaldığımız yeri Airbnbdən seçmişdik. Yerin sahibi Ana Maria idi ( https://www.airbnb.ru/users/show/131142254 ). Ev bilərək getdiyimiz yer düz Venesiyanın mərkəzində San Marco meydanın arxasında yerləşən 3-4 ulduzlu otel səviyyəsində məkan çıxdı. Yolunuz Venesiyadan düşsə məsləhətimdir orada qalın. Bizi qarşılayan və hər şeydə məsləhətini əsirgəməyən Cristina xanım sayəsində Venesiya bizdən ilk əla qiymətini aldı.
Gandolaları- qiyməti gün vaxtı 40 dəqiqəsi 80 avro, axşam 100 avro olduğu üçün ayağımıza qüvvət deyib gəzməyə başladıq. Demək olar 1 gün ərzində mərkəz və ətraf əraziləri gəzib bitirmək olar, əgər bizim kimi hər suvenir dükanına girməsəniz. Suvenirlər, maqnitlər, postcardlar bahadır. Ancaq Rialto kafesi ilə üzbəüz durduqda sağa tərəf gedən yolla bir az getsəniz bir dükan çıxacaq qarşınıza. Demək olar hər şey 1-2 avroyadır. Təəccüblə satıcı qızdan bir neçə böyük əşyanı göstərib qiymətin soruşduq, hamısına 1 avro dedi. Wizzairlə gələn 'kasıb' təbəqə olduğumuz üçün baqaj çəkimizi düşünüb yolumuza davam elədik. 
Venesiyaya gəlməmişdən əvvəl eşitdiklərim əsasında beynimdə 2 mənfi nüans formalaşmışdı. Oğrular və kanalların iyi. Şükür heç biri olmadı. 
2-ci günümüzdə isə gəzməyə 3 saatımız var idi və onu Burano adasına sərf etdik. İfadə edə bilməyəcəyim qədər gözəl yerdir. Mənim kimi rəng, gül aşiqlərinin məkanı. Əgər Venesiyaya gəlib Buranoya getməmisinizsə elə bilin ki, tortun ən gözəl hissəsini əlinizdən yerə salıb yeməmisiniz. Evlərin hərəsi bir rəng, demək olar hər pəncərənin öz gülü, ipə asılmış paltarlar (hətta yerdə asılmış paltar ipinə qoyulmuş taxta dirək mənə öz həyətimizi xatırlatdı ,hər şey gözəl idi. Adaya Fondamente Nove (San Marco meydanından piyada 30 dəqiqəyə çatmaq olar) limanından gedilir, bilet bir tərəfə 7.5 avrodur. Amma ən yaxşısı əvvəldən 1(20avro), 2(30), 3(40) günlük bilet alıb həm Murano, həm də Buranoya getməkdir. Vaxt olmadığı üçün Muranoya gedə bilmədik, amma oranı da görmək lazımdır.
Beləcə Venesiyanın gözəlliyinə aşiq olunmuş halda geri qayıtmaq istəyirdik ki, atalarımızın 'Hər gözəlin bir eybi olar' məsəli ilə qarşılaşdıq. 
Dolaşıq, bir-birinə oxşayan, çox vaxt sonu kanalda bitən küçələr sayəsində evin yolunu itirdik və gəmi ilə qayıtmağa vaxtımız az qaldı. Məcburən Gandolada gəzməyə verməyə əlimiz gəlməyən pulu şəxsi su taksisinə verib15 dəqiqə ərzində VİP Həyat yaşayaraq özümüzü Tronchettoya çatdırdıq. Flixbus da yaramıza duz basıb 15 dəqiqə gec çıxdı, halbuki həmin vaxta biz gəmiyə minib rahatlıqla gələ bilərdik. Və mənə elə gəlir bunun bir səbəbi var. Vyana nəqliyyatından pulsuz istifadə edənlərə edilmiş qarğış. Keçən il Vyanada hər yerə pulsuz gedib axırda avtobusa gecikərək həmin gəzdiklərimiz dəyərində yeni bilet almışdıq, bu il də Vyanadan sonra gəldiyimiz Venesiyada belə hadisə ilə qarşılaşdıq. Odur ki, siz siz olun, mindiyiniz hər nəqliyyatın ödənişin edin. Yoxsa gözlənilməz surprizlə qarşlaşa bilərsiniz.
Venesiya haqqında məndən bu qədər . 

Şəkillər hamısı Buranoya aiddir. 

Görüntünün olası içeriği: bisiklet ve açık hava

Görüntünün olası içeriği: gökyüzü, ev, açık hava ve su

Görüntünün olası içeriği: bitki, ev ve açık hava

Görüntünün olası içeriği: ev ve açık hava

Görüntünün olası içeriği: gökyüzü, açık hava ve su

 

Mənbə: "Gəzəyənlər qrupu"

OXŞAR XƏBƏRLƏR