"Fairmont Baku" işçi axtarır - VAKANSİYA

"Fairmont Baku" işçi axtarır - VAKANSİYA
Təhsil və karyera 14 Avqust 2018 10:43 1415
"Fairmont Baku" işçi axtarır - VAKANSİYA

 Səyyah.az turizm və karyera portalı xəbər verir ki, Fairmont Baku Hostes vəzifəsinə işçi axtarır

ƏMƏK FUNKSİYALARI:

Baş Hostes aşağıdakı öhdəliklərə görə məsuliyyət daşıyır, lakin öhdəlikləri bununla məhdudlaşmır və fəaliyyəti barədə Qida və İaşə Departamentinin Direktoruna məruzə edir: • Qonaqlarımıza mehriban, səmimi və cəzbedici xidmət təqdim etmək. • Qonaqları mehriban və səmimi bir təbəssümlə qarşılamaq və onları restorana yola salmaq. • Qonaqlara keyfiyyətli təklif və xidmət etmək üçün Oteldə və ətrafda təklif edilən bütün qida və iaşə sahəsindəki yeniliklər ilə daima tanış olmaq və Qonaqlarımıza nahar seçimində dəstək olmaq. • Qonaqları oturacaqları stola qədər müşaiyyət etmək və yerləşdirmə zamanı oturacaqları yer barədə fərdi istəklərini qarşılamaq. • Ofisiantların səmərəli işləmələri üçün stollarda yerləşdirməni strateji baxımdan düzgün qurmaq. • Hər bir Qonağa fərdi şəkildə münasibət göstərmək. • Fairmont Xidməti Nizamnaməsinə və xidmət standartlarına ciddi şəkildə riayət etmək. • Qonaqları adi ilə tanımaq, hər bir Qonağa məxsusi şəkildə davranmaq və onun individual bir şəxs olmasını ona hiss etdirmək. • Digər Hosteslərin peşəkar inkişafını təmin etmək üçün mütəmadi təlimlər aparmaq • Hostes komandasına rəhbərlik edərək bütün işlərin vaxtında yerinə yetirilməsindən əmin olmaq • Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq. • İlkin və sonrakı təlimlərdə fəal iştirak etməklə öz sahəsində biliyini və xidmət texnikasını artırmaq. • İclaslarda və növbə təhvili zamanı danışıqlarda fəal iştirak etmək • Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək. • Təhlükəsiz bir şəkildə işləmək və sağlamlıq və təhlükəsizlik haqqındakı qaydalara əməl etmək. • Gözlənilən xidmət nümayiş etdirmək. • Səliqəli və mütəşəkkil bir iş mühiti yaratmaq. • Digər mümkün vəzifərlər.

FİZİKİ TƏLƏBLƏR:

• Növbə ərzində tez-tez gəzmək, ayaqüstə və oturaq vəziyyətdə olmaq • Lazım olduqda 12 kq ağırlıq qaldırmaq və daşımaq • Lazım olduqda dartmaq, itələmək, qaldırmaq • Lazım olduqda pilləkənləri, nərdivanı, hündür yerləri düşüb-qalxmaq

İXTİSAS TƏLƏBLƏRİ:

• Bu sahədə əvvəlki iş təcrübəsinə malik olmaq. • Qida, şərab və iaşə xidmətləri sahələrinə həvəsli olmaq. • İngilis, Azərbaycan və ya Türk dillərində yazılı və şifahi şəkildə mükəmməl ünsiyyət qabiliyyətinə malik olmaq. • Son dərəcə məsuliyyətli və etibarlı bir insan olmaq. • Diqqətini Qonaqların istəklərinə cəmləmək.

E - mail : aze.careers@fairmont.com

OXŞAR XƏBƏRLƏR