Rizənin ən gözəl yaylalarından biri, Pokut yaylası - GƏZMƏYƏ DƏYƏR

Rizənin ən gözəl yaylalarından biri, Pokut yaylası - GƏZMƏYƏ DƏYƏR
Şəxsi təcrübə 20 Avqust 2018 13:17 1520
Rizənin ən gözəl yaylalarından biri, Pokut yaylası - GƏZMƏYƏ DƏYƏR

Pokut yaylası Rizənin ən gözəl yaylalarından biridir.

Səyyah.az turizm portalı Rizəyə səyahət edən vətəndaşımızın şəxsi təcrübəsini təqdim edir. 

 Yaylanın yolu daşlı, torpaqlı, dolambaclı yoldur. Çamlıhemşinden Pokuta 2 saatlıq yoldur, maşınınız hündür maşın olsa yaxşıdır. Yolüstü 1000 metr hündürlükdə teleferik (2 nəfərlik açıq kanat) var. Yaylada ən azı 1 gecə qalmağınız məsləhətdir, çünki qaldığınız vaxtda hər yer duman ola bilər. Burada günəşin doğuşunu və batışını izləmək başqa aləmdir. Pansionlar 200tl civarındadır, səhər və axşam yeməyi daxil. Bilmirəm başqa pansionlarda necə, biz qaldığımız pansionu işlədən Kadir abinin ifaları axşamlarımıza başqa gözəllik qatırdı. 

@facebook.com/groups/gezeyenler - Miraziz Seyidov 

OXŞAR XƏBƏRLƏR