"Quba Palace hotel" işçi axtarır - VAKANSİYA

"Quba Palace hotel" işçi axtarır - VAKANSİYA
Təhsil və karyera 21 Avqust 2018 11:31 1600
"Quba Palace hotel" işçi axtarır - VAKANSİYA

İş yeri: Quba

Vəzifə: Baş Mühasib

Son müraciət tarixi: 2018-09-19

İş barədə məlumat

- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil edir; - Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir; - Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir; - Daxil olan pul vəsaitlərinin, malmaterial ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir; 

- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;

- Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;

- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;

- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;

- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir;

- Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarını (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifariş etməyi təşkil edir;

Namizədə tələblər

- Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır); - Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış); - Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri; - Azərbaycan dili sərbəst, Rus və İngilis

dilində yaxşı səviyyədə danışmaq; - Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək; - Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq; - Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır. - Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti və güclü məntiqi biliklərə malik olmalıdır

E - mail : samir.qayibov@qubapalace.com

OXŞAR XƏBƏRLƏR