Avropa restoranlari da müştəriləri aldadırlar - ŞƏXSİ TƏCRÜBƏ

Avropa restoranlari da müştəriləri aldadırlar - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 24 Avqust 2018 09:55 994
Avropa restoranlari da müştəriləri aldadırlar - ŞƏXSİ TƏCRÜBƏ

Avropanın bir çox şəhərlərində, hətta çox yüksək standardlara cavab verən restoran və hotellərdə insanların maddi maraqlara görə aldadılması təcrübədə olmamış deyil.

Paris buna yaxşı nümunədir. Menu-dan sifariş edirsiniz, sonda hesab gəlir. Çekdə çox yüksək və menudakından fərqli qiymətlər olur. Menuda qiymətin fərqli yazıldığını bildirəndə, çekdəki qiymətləri əks etdirən saxta(ikinci) menu gətirib "Çox böyük güman, qiymət nəzərinizdən qaçıb, cənab" deyərək hətta insanı öz yaddaşını sorğulamağa vadar edirlər. Bu səbəbdən bir zamanlar sifariş etməzdən öncə menu-nun şəklini çəkmək yayılmış sığortalanmaq yollarından biri idi.

Bu yay Avropa turuna çıxdıq və Parisdən sonra Amsterdama da getdik. Amsterdam 180-190 millətin yaşadığı şəhər olsa da təhlükəsiz və güvənli şəhər sayılır.
Bir neçə gün gəzdikdən sonra axırıncı şam yeməyimizi əksəriyyətin təriflədiyi "The Seafood Bar" adlanan restoranda yemək qərarına gəldik.

Ələxsus, əyləşdik, sifariş etdik, çek gəldi.
Hüquq təhsilinin öyrətdiyi sənədlərdəki yazıları oxumadan imzalamamaq kimi öhtəliklər insanda çekdəki yazılanlara baxmadan pul verməmək kimi alışqanlıqlar formalaşdırır. 
Çekə diqqətlə baxdıqdan sonra aydın oldu ki bizim main course-u 2 dəfə hesablayıblar, hansı ki biz bir dənə sifariş etmişdik. Əlavə bir neçə içki və yeməklər əlavə ediblər, hansı ki ümumiyyətlə sifariş etməmişik.
İlk qiymət - € 211,85
Ikinci qiymət - € 112,95

Otomatik alternatif metin yok.

Cavabdeh şəxslər bu qədər fərqi işçinin yorğun olması ilə əlaqələndirdilər. Bir yeməyi iki dəfə hesablamağı başa düşərdim amma işçinin yorğun olanda çekə sifariş edilməmiş içkilər, yeməklər əlavə edə bildiyini ilk dəfə gördüm.
Səhvlərini düzəltmək üçün meyvə və cocktail ikram etdilər amma təəssüf ki bu onların ilkin məqsədini dəyişmir.

Bu postu paylaşmaqda məqsədim sizi məlumatlandırmaq və bu cür hallardan qaçmaq üçün daim çekə diqqətlə baxdıqdan sonra ödəniş etməkdir. Avropadırsa, hər şey əladır deyə düşüncə yanlışdır. Heç kimin sizi aldatmasına icazə verməyin.

@facebook.com/sabir.mamedov.12 

OXŞAR XƏBƏRLƏR