Necə oldu ki, 700dollara Avropaya 21 günlük səfər etdim?

Necə oldu ki, 700dollara Avropaya 21 günlük səfər etdim?
Şəxsi təcrübə 28 Avqust 2018 17:15 1167
Necə oldu ki, 700dollara Avropaya 21 günlük səfər etdim?

Səyyah.az turizm portalı səyyah Ülkər Eldarqızının Avropaya etdiyi səfərdə qazandığı şəxsi təcrübəsini təqdim edir. 

Dostlar, söz verdiyim 21 gün Avropa səfərimin detallarını yazmağa çalışacam. Əvvəla qeyd edim ki, ümumilikdə 700 dollar xərcim çıxıb. Buna bütün biletlər, sənədləşmə, qalacaq yerlər və yemək daxildir.  Çexiya, Polşa, Slovakiya, Avstriya, Macaristandan və gediş-gəliş yeri Gürcüstandakı şəhərlər də daxil olmaqla 12 şəhərdə oldum. Bu barədə deyiləcək sözlər çox olacağına görə  hissə-hissə paylaşmağı düşünürəm. Gəlin başlayaq. 

IMG_20180704_105937

 Necə oldu ki, bu səfəri etmək qərarına gəldim?

Avropaya getmək həmişəki arzum olub, əvvəllər bir neçə dəfə Gürcüstan, Türkiyə, Belorusiya və UK də olmuşam amma bunların hamısına qrup şəklində ən az 5 nəfər ilə və hər şey planlaşdırılmış şəkildə getmişəm. Müxtəlif təlimlər, seminarlar və s hər zaman təşkilatçılar tərəfindən hər bir detalına qədər planlaşdırılıb. Amma bu dəfə elə olmadı.

Polşanın Poznan şəhərində yerləşən Adam Mickieviç universiteti və Amerikanın Stonybrook universitetinin ortaq layihəsi olan  ‘News Literacy’ yəni Media savadlılığı təlimində iştirak haqqı qazandım. (Layihə haqqında ətraflı məlumat yaxud necə seçilməyimi bilmək istəyirsizsə, şərh böməsində qeyd edərsiniz, əlavə post paylaşaram)  Layihə 8-12 iyul 2018 ci il tarixlərində Poznan şəhərində keçirilirdi. Və mən təşkilatçılardan xahiş etdim ki, dəvət məktubumdakı günləri bir az daha uzun göstərsinlər ki, mən başqa ölkələri də gəzə bilim. Visa üçün müraciət edən zaman bir çöx sənədlər tələb olunur ki, bunlardan başlıcası qalacağın yer ilə bağlı yerdi. (Burdan Visa ilə bağlı mövzulara girsəm yenidən mövzu uzanacaq deyə maraqlıdısa sizə əgər visa proseduru şərhlərdə qeyd edərsiz, əlavə bir post da o barədə paylaşaram)

IMG_20180712_190359

Uzun sözün qısası, vizamı 21 günlük aldım və səfərimə hazırlaşmağa başladım. Mən seçilmək xəbərimi eşidən kimi ilk etdiyim iş bilet almaq idi ki, bu da səhvdir, diqqətinizdə olsun belə etməyin. Xüsusilə Wizzair kimi loW cost uçuşları çox ucuz olduğuna görə bileti aldıqdan sonra qaytarmaq mümkün deyil. Bakıdan Polşaya birbaşa uçuş baha olduğuna görə mən Gürcüstanın Kutaisi şəhərindən getməyi seçdim. Kutaisi- Praqa biletini 80$ a 3 iyul tarixinə aldım. Ona görə dəvət məktubu və visa məsələlərini bu tarixə uyğunlaşdırmaq üçün bir balaca çətinlik çəkmişdim, amma xoşbəxtlikdən  bütün problemlərhəll oldu. ^_^

3 iyul- 21 iyul tarixlərində Şengen zonasında aşağıdakı şəhərlərdə oldum

  1. Praqa
  2. Brno
  3. Poznan
  4. Gdansk
  5. Sopot
  6. Wroclaw
  7. Bratislava
  8. Vyana
  9. Budapeşt

+

Tbilisi, Kutaisi, Batumi

Mənə görə səfərin ən çətin tərəfi planlaşdırma hissəsidir. Hər bir sənədin düşünülməsi, vaxtın düzgün bölünməsi, transportlar arası vaxtın əlaqələndirilməsi, qalacaq yerlərin tapılması və s. Qısaca belə ucuz səhayətimin altında yatan əsas tipsləri qeyd edim.

  1. Yalnız uzun məsafədəki səhayəti təyyarə ilə etdim. Gürcüstan- Çexiya ( 80$), Macarıstan- Gürcüstan( 70$) olmaqla 150 $
  2. Çoox nadir hallarda restoranda yemək yedim. Əsasən fast food, yolüstü atışdırmalıq qidalar, və mağazadan alıb evdə bişirməklə yemək yeyirdim.
  3. Qaldığım yerlərin əksəriyyəti şəhərlərdəki dost-tanış, bəzi hallarda isə Couchsurfing saytından tapdığım hostların evində qaldım. Cəmi iki gün hosteldə qaldım. Birinci Tiflisdə, ikinci isə Praqadakı couchsurfingdəki hostum hosteldə işdə oluğu üçün bir gecəsinə 15 avro verdim. O 15 avronu hələ də unuda bilmirəm ))
  4. Alış-veriş həvəskarı olduğum üçün bəzən çox çətinlik çəksəm də, lazım olmayan geyim və s. uzaq dursanız, əmin olun daha az xərciniz çıxacaq.
  5. Bilet aldıqda diqqətli olun. Avtobusa geciksəniz əlavə xərc çıxır, Wizzair üçün əvvəlcədən özünüz check-in etməlisiz. Səyahət boyunca etdiyim ən böyük səhvlərdən biri də bunu unutmağımdır. Macaristan- Kutaisi təyyarısinə qaça-qaça çatdıqca məlum oldu ki, bir gün öncədən online check in etməyi unutmuşam və əlavə 45 avro ödəməliyəm buna görə. Gedəcəyim son nöqtə olduğuna görə cibimdə cəmi 10 dollar qalmışdı və dostum orda olmasa yəgin ki, ödəyə bilməyəcəkdim uçuşu itirəcəkdim və növbəti gün visa-dan əlavə bir gün qaldığım üçün deportasiya olacaqdım. Bunları orda işləyən operatora nə qədər izah etdimsə də, dinləmədi və tam Kərəmi ağlamaq tutmuşdu ki, Budapeştdəki dostum xilas etdi. Sözümün canı odur ki, online check-in etməyi unutmayın, imkan varsa üstünüzdə əlavə pul saxlayın, və yaxşı dostlarınız yanınızda olsun hər zaman ))

Hələ ki, deyəcəklərim bu qədər. Növbəti postda, səfərin Bakı -Tiflis hissəsindən başlayacam yazmağa )

OXŞAR XƏBƏRLƏR