Muzeylər cənnəti – Vaşinqton

Muzeylər cənnəti – Vaşinqton
Şəxsi təcrübə 31 Avqust 2018 10:26 1132
Muzeylər cənnəti – Vaşinqton

 

Səyyah.az turizm portalı səyyah Azər İsmayılovun şəxsi təcrübəsini təqdim edir.

ABŞ-da getdiyim ikinci şəhər paytaxt Vaşinqton oldu.

Yəni D.C.. “D.C.”-nin mənasını ora gedənə kimi bilmirdim, düzü heç maraqlı da gəlməmişdi, sonradan öyrəndim ki, Vaşinqton adlı ştatdan seçmək üçün “Washington District of Columbia” əlavəsi olunub. Nyu Yorkdan Vaşinqtona ən ucuz nəqliyyat avtobus, daha doğrusu Megabus şirkətinin avtobusudur. Bileti 7 dollara almışdım, 4 saat yol getdik. Vaşinqton Ankara kimi yerdir, mərkəzdə hamı pençək-şalvarda gəzir. Həmişə rəsmi qonaqlarda dolu olan şəhərdə otellər də əlbəttə ki, çox bahadır. Bu yerdə həmişəki kimi, airbnb köməyimə gəldi. Üç gecəlik otağı cəmi 105 dollara bron eləmişdim.

Vaşinqton balaca şəhərdir və ona bitişik bir neçə şəhər var. İctimai nəqliyyatdan metro və avtobus yaxşı işləyir. Maraqlıdır ki, bütün metro stansiyalarının daxili dizaynı eynidir. Qidalanma Nyu Yorkla müqayisədə qismən ucuz idi. Çox təəccüblü hallardan biri də odur ki, Vaşinqtonda bütün muzeylər, zoopark, Botanika bağı pulsuzdur. Turistlər üçün bu əla şansdır. Zooparkında panda da var  Deməli ilk pandanı Çindən almaq üçün illərlə hökmətlərarası danışıq gedib və 1972-ci ildə bir erkək və bir dişi panda Vaşinqton zooparkına gətirilib. İndi zooparkda həmin pandaların balaları yaşayır.

Yalnız ABŞ daxili reysləri edən Reyqan aeroportu Arlinqtonda yerləşir, amma yuxarıda qeyd elədiyim kimi bu Vaşinqtona bitişik şəhərdir, demək olar ki aeroport şəhərin mərkəzindədir. Aeroportun yanındakı park uçma-enmə zolağının başlandığı yerdən təxmini 50 m aralıdır, təyyarələrinin enməsini çox yaxından izləmək olur. Üç gün ərzində Capitol, Botanika bağı, Ağ Ev, Zoopark, Kosmos muzeyi, Linkoln abidəsi, Georgetown tarixi rayona getdik. Olduqca gözəl, sakit şəhərdir. Nyu Yorkdan sonra lap cənnət idi  Gözəl qonaqlamaya görə kadim dostum Turala təşəkkür edirəm ))

 

 

@azikiss.me

 

OXŞAR XƏBƏRLƏR