Avstraliyada oxuyan tələbə "BURA ƏLADIR" - MÜSAHİBƏ

Avstraliyada oxuyan tələbə "BURA ƏLADIR" - MÜSAHİBƏ
Təhsil və karyera 5 Sentyabr 2018 16:59 775
Avstraliyada oxuyan tələbə "BURA ƏLADIR" - MÜSAHİBƏ

Seyyah.az saytı Sizə dünyanın istənilən ölkəsinin məhşur universitetlərində təhsil alan azərbaycanlı gəncləri təqdim etməkdə davam edir. Bu dəfə Sizi dünyanın ən kiçik qitəsi Avstraliyanın təhsil sistemi və burada tələbə həyatı yaşayan həmyerlimizlə tanış edəcəyik. Növbəti müsahibimiz Ruslan Əliyevdir. O, 1994-cü ildə Bakı şəhərində anadan olub. Xətai rayonu 245 saylı məktəbdə ilk təhsilini alıb. Daha sonra Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər və İqtisadiyyat  fakültəsinin məzunu olub. Hazırda, Avstraliyanın New South Wales əyalətinin Wollongong Universitetində “Strategic Marketing” ixtisası üzrə təhsil alır.

Ruslan deyir ki…

“Xaricdə təhsil almağımın iki əsas səbəb var. Bunlardan biri Azərbaycanda təhsilin hələ də köhnə sistemdə tədris olunması , heç bir  innovasiyaların tətbiq olunmaması,digər tərəfdən isə tələbənin öz perspektivini irəli sürə bilməməsidir. Digər önəmli faktor isə, qlobal dünyada artan kompetitiv işə qəbul olunma şərtləridir.Daha sadə dildə dəsək, gördüm ki, insanlar arasında rəqabət artır. Təkcə  Azərbaycanda təhsil almaqla heç bir üstünülüyə nail ola bilmərəm. Öncə universitetləri araşdırmağa başladım. Əsas planım Avropa deyil, Anqlo_sakson ölkələri idi. Kanada və Avstraliya universitetləri arasında fikir mübadiləsi aparırdım. Sevdiyim fakültələrin əsasən Avstraliyada olduğunu gördüm və sənədlərimi toplamağa başladım. Sənədləri toplarkən, IELTS imtahanından keçməli idim. Çünki əvvəlki sertifikatımın vaxtı bitmişdi. IELTS imtahanından 7.5 nəticə topladıqdan sonra agentlik vasitəsilə universitetə  müraciət etdim və “full offer” aldım. Deyə bilərəm ki, bu universitetdə təhsil alan Azərbaycanlı tələbələr çox deyil. Tələbələr əsasən “Business faculty” də təhsil alırlar.

“İnsan tələbə həyatından həzz alır”…

Ruslanın fikrincə, iki ölkə arasında fərq olduğu kimi, burada  tələbəlik həyatında  da fərqlər çoxdur. Avstraliyadakı tələbə təhsil almaqdan həzz alır, daha doğru söyləsək, özünü sanki hər hansı bir şirkətə hazırlanan kadr kimi hiss edir. İki ölkənin tələbəsi arasında  əsas fərq  isə  boş vaxtın  dəyərləndirilməsindədir. Avstraliyada tələbələr (hamısından söhbət getmir) əsasən həftə sonlarını  “hiking və ya camping”  digər gəzintilərdə keçirirlər. Mən burada olduğum müddətdə hiking etmədiyim həftəsonu olmayıb… Onu da qeyd edim ki, tələbələrin əksəriyyəti işlədiyi üçün maddi tərəfdən problem olmur.

Mən təhsil aldığım universitetdə…

… əsasən iki növ semester var: trimester və semester. Mənim fakültəm trimesterdir yəni, il ərzində 3 semester olur və hər semesterdə 3 dərs .Tələbə universitetə başlayanda dərs cədvəli olur. Mən də 16 dərs var və universitet şans yaradır ki,  tələbə istədiyi dərsi istədiyi vaxt ala bilsin. İmtahanlar isə əsasən dərsdən asılı olaraq ya esse formasında ya da kompüter əsasında keçirilir. Universitet plagiat məsələləri ilə bağlı çox ciddidir və bu tələbənin universitetdən atılmasına səbəb ola bilər. Burada “TURNITIN” adlı proqram istifadə olunur ki, bu proqram tapşırıq içərsində neçə faizin plagiat olduğunu hesablayır. Azərbaycanda cavan kadrlara yer verilməlidir ki, xaricdəki təhsil sisteminin üstünlüklərini ölkəmizdə də tətbiq edə bilsinlər.

“Culture şock”um…

Mən ilk dəfə 19 yaşımda Böyük Britaniyaya getmişəm. Londona ilk ayaq basdığım gün keçiridiyim həyəcan və qorxunu izah etmək çətindir.  Kitablardan oxuduğumuz “culture şock” elə ilk dəqiqədə ortaya çıxır. Ən böyük problem mətbəxlə bağlı olub. Azərbaycanın gözəl mətbəxini xaricdə tapmaq çox çətindir. Başıma gələn ən maraqlı hadisə isə hava limanında sinif yoldaşımı görmək olub. Bir-birimizdən xəbərimiz olmadan mən Londona gələndə o, artıq qayıdırdı. Ancaq  bunu qeyd edim ki, insan  tək başına qaldığından, yəni ailəsindən ayrı daha da güclənir və özünü tanımağa başlayır.

İş axtarmağa ehtiyac yoxdu…

Universitet hər semester sərgilər təşkil edir. Bu sərgilərdə böyük və kiçik  şirkətlərdən menecerlər iştirak edirlər. Bundan başqa, menecerlərlə tələbələr arasında əlaqələr yaradılır. Bunun nəticəsidir ki, mən artıq öz sahəmdə işləyirəm.

Azərbaycan səyahət olunacaq ilk ölkədir…

Avstraliyada Azərbaycan çox yad ölkədir və mən indiyə qədər yerli əhalidən Azərbaycanı tanıyanlarla qarşılaşmamışam. (Avropa əsilli avstraliyalıları çıxmaq şərtilə). Universitetdə artıq Azərbaycanla bağlı 3 dəfə təqdimatlar etmişəm. Bunun sayəsində artıq 5-ə yaxın avstraliyalı dostumun siyahısında Azərbaycan səyahət olunacaq ilk ölkədir.

Əgər xaricdə təhsil almaq istəyirsinizsə, öncədən yaxşı araşdırmağı məsləhət görürəm. Ən əsası isə istədikləri sahəni seçsinlər. Qeyd edim ki, xaricdə təhsil almaq çətindir. Həm işləyirsən, həm də təhsil alırsan. Ancaq ki, burada yaxşı bir stat gətirmək olar “Rainbow will be coming after the dark clouds”. Mənası isə odur ki, qara buludlar olacaq, yağış yağacaq. Sonunda isə göy qurşağı… Yəni çətinliyin sonu həmişə yaxşı olur. Sadəcə ürəyinizlə məntiqinizin ortaq nöqtəsini tapın. Hərkəsə uğurlar…

Mənbə: xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR