Xaricdə təhsildən sonra necə qalıb işləmək olar - ÜSULLAR

Xaricdə təhsildən sonra necə qalıb işləmək olar - ÜSULLAR
Təhsil və karyera 7 Sentyabr 2018 15:50 727
Xaricdə təhsildən sonra necə qalıb işləmək olar - ÜSULLAR

Birləşmiş Krallıqdan məzun olduğdan sonra sizin qarşınızda 3 yol açılır.

1.Təhsilinizi yuxarı pillədə davam etdirmək.

Əgər siz bu ölkədə bakalavr ixtisasından məzun olmusunuzsa,  həmin ölkədə magistr  dərəcəsi,  və ya magistr ixtisasından məzun olmusunuzsa, o zaman P.HD və araşdırma istiqamətində öz təhsilinizi davam etdirə bilərsiz. Amma nəzərdən qaçırmayın ki, bunun üçün yenə də sizə böyük maliyyə dəstəyi lazımdır və ya sizə scholarship (təqaüd) lazımdır ki, təhsilinizi həmin ölkədə davam etdirə biləsiniz.

Scholarship tapmaq üçün isə Google da ,,scholarship in uk” sözünü yazıb axtarmağınız bəsdir ki, sizin qarşınıza məhşur təhsil saytları çıxcaq ki, siz o saytlarda scholarshipləri tapa bilərsiz. Nümunə kimi, əgər 2019-cu ilin sentyabr ayında UK-də təhsilinizə başlamağı planlaşdırırsızsa, 2018-ci ilin oktyabr ayından bu işin üzərinə düşməlisiz. Çünki Birləşmiş Krallıqda universitetlərə qəbul www.ucas.com vahid sayt üzərindən həyata keçirilir və siz yuxarda göstərdiyim vaxtdan həmin sayt vasitəsi ilə universitetlərə qəbul müraciəti göndərə bilər və qəbul aldıqdan sonra həmin universitetin təqaüdünə müraciət edə bilərsiz.(Müraciət etdiyiniz universitetin Beynalxalq Ofisinə bunu qeyd etsəz onlar özləri sizin müraciətinizi təqaüdə yönləndirəcəklər).

Bundan əlavə əgər təqaüdlə oxumağı planlaşdırırsızsa, yaxşı olar ki, elə universitetləri müraciət edəsiniz ki, onların hər il elan elədiyi müəyyən scholarshiplər var. Bu universitetləri müəyyən etmək üçün siz misal üçün scholar4dev.com saytında UK-də təqaüdlər bölməsində 2017,2016 cı ilin elan olunmuş təqaüdlərinə baxaraq ümumi nəticəyə gələ bilərsiz ki, siz müraciət etdiyiniz il hansı universitetlər təqaüd verə biləcəklər.

2.Biznesə (startup)-a başlamaq

Düşünülənin əksinə olaraq, bu ölkə də startup-a başlamaq üçün pula ehtiyac yoxdur. Çünki Birləşmiş Krallıqda hər universitetin çox güclü biznes şəbəkəsi və əlaqələri olur ki, əgər sizin çox yaxşı, innovativ biznes ideyanız və komandanız varsa, siz bunu univeristetin Career centerinə deyərək onlar sizə kömək edə bilərlər və çox yaxşı grantlar (pul) ala bilərsiz, ideyanızı gərçəkləşdirmək üçün.

3.Bəs bunlardan heç biri alınmasa?

Əgər bunlardan heç biri alınmasa, insanlıq tarixinin uzun illərdən bəri elədiyi bir şeyi eləməli olacaqsız, işləmək! ))

Sizin məzun olduqdan sonra Birləşmiş Krallıqda qalıb çalışmağınız üçün sizə Tier 2 vizası lazımdır.Bu vizanında əsas şərtlərindən biri də odur ki, sizə bir iş verən (yaxşı mənada)) ) sponsor lazımdır.

Həmin sponsorun sizə verəcəyi maaş isə 20800 pound-dan  aşağı olmamalıdır. Birləşmiş Krallıqda da yeni məzun olanlar ortalama olaraq 23000-26000 pound arası işə başlayırlar.

İş dünyasına gəldik də isə Birləşmiş Krallıqda məzunların 70%-i məzun olduqdan ilk 6 ay sonra iş tapa bilirlər. Amma bu statistika daha çox vətəndaşlığı olanlara aiddi.

Kiçik bir statistikaya görə UK-dən 2014-cu ilde 220000 civari xarici tələbə məzun olub  amma onlardan cəmi 5639 nəfəri ölkədə  qala bilib. Amma qətiyyən həvəsdən düşməyin! Tanıdığım yüzlərlə Azərbaycanlı var ki, onlar məzun olduqdan sonra bu ölkədə qala biliblər.

Red. Bunun üçün isə siz çox tez bir zamanda iş axtarmağa başlamalısız.Misal üçün 2018-ci ilin sentyabr ayında siz 1 illik magistr təhsilinizə başlayırsızsa, yaxşı olar ki, elə Noyabr ayından iş axtarmağa başlayasınız.

Aşağıda isə UK-də məzun olduqdan sonra qala bilmiş bir neçə şəxsin fikirlərini paylaşıram ki, sizə motivasiya olsun!

Andrew Orton,  University of Durham

Mən universitetimizdə Tarix üzrə ixtisasımı fərqlənmə ilə bitirsəmdə , iş tapaq asan deyildi. Məzun olduğum ixtisasın Tarix olmasına baxmayaraq, mən öz bilik və bacarığıma görə İT-Marketinq sahəsinə yönəldim. Çoxlu müraciətlər elədim, interview-lara getdim və yorğun 7 aydan sonra mən iş tapa bildim.

Chloe Rodman, Oxford Brookes University

Men Barbados dan UK-yə  Peşə müalicəsi ixtisasında təhsil almağa gəldim və UK-də olduğum müddətdə London,Bristol,Bringham və  digər  şəhərlərdə  15-dən çox işə müraciət etdim. Bir müddət sonra mən məktəb klubları və hostellərdə könüllü kimi çalışmağa başladım. (Cem Yılmaz demişkən, çaliş çaliş çaliş. Para? Para yok))).

Red. Hal hazırda Chole Rodman Birləşmiş Krallıqda NHS şirkətində ödənişli olaraq çalışır.

Sonda bildirmək istəyərəm ki, bu nümunələri çoxlu sayda artırmaq olar amma ən əası odur ki, bəli, Birləşmiş Krallıqda məzun olduqdan sonra qala bilərsiniz amma bunun üçün var gücünüzlə çox çalışmalısız!

Mənbə: Xaricdechorek

OXŞAR XƏBƏRLƏR