Avropada sizi gözləyən vizasız ölkə - ŞƏXSİ TƏCRÜBƏ

Adriatik dənizini sahillərində sizi gözləyən vizasız ölkə - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 10 Sentyabr 2018 14:43 1182
Avropada sizi gözləyən vizasız ölkə - ŞƏXSİ TƏCRÜBƏ

Montenegro  -  Adriatik dənizinin tər-təmiz sularına açılan sizi gözləyən vizasız ölkə. 2006-cı ildə Serbiyadan ayrılaraq müstəqil olan, сəmi 620 000 əhalisi olan Balkan ölkəsi. Günəş, qum, dəniz, təbiət, əyləncələr və s. Pul vahidi isə avro. Bütün avropadan turistləri ölkəyə çəkir. Turist sayına görə birinci yerdə ruslar və italiyalılar, daha sonra isə alman, fransız və şərqi avropalılar gəlir.Ən əsası bu gözəlliyi adamın burnundan gətirən ərəb, çinli, cənubi asiyalı və afrikalılara rast gəmək mümkün deyil. Ölkə kiçik olsa da demək olar ki, hər yeri turizm üçün əlverişli və maraqlıdır. Tivat, Kotor, Budva, Herseg-Novi, Bar və Petrovac haqqında xeyli araşdırma aparandan sonra ən uğurlu istirahətin Budvada olacağına qərar verdim və yanılmadım. Şəhər Ardiatik dənizi sahilində yerləşir, 20 000 əhalisi var. Hər yerdə kivi, üzüm, zeytun, sitrus, palma və əncir ağaclarına rast gəlinir.


Azərbaycan vətəndaşları üçün vizasız rejimdir.Yay aylarında Azal Tivat aeroporuna çarter reyslər təşkil edir. Baha olsa da rahat və birbaşa reysdir.Təxminən dörd saatlıq uçuşdan sonra Tivata çatdıq. Maraqlı hava limanıdır.Təyyarədən terminala cəmi 20-30 addım məsafədir və piyada gedilir. Pasport yoxlayan işçi heç adamın üzünə baxmadan möhürləyib verirdi. Kamera da yoxdur. Daha sonra Budvaya qədər 25 kilometrlik yaşıllıqlar içində itib batan maraqlı yol. Taksi 20 avroya başa gəldi. Əhali gülərüz və çox mehribandır. Rus dilini əksəriyyət başa düşürdü. Oxşar sözlər çoxdur, məsələn : хлеб-hleb, пекарный-pekara və.s. Ölkə demək olar ki, bütün sahələrdə İtaliyanın təsiri altındadır. Ticarət mərkəzindəki brendlərin əksəriyyəti italyan markasıdir. Önəmli restoran və otel adlarının da çoxu italyan dilindədir.
Şəhərin mərkəzində (çimərlik 150-200 metr) əla şəraiti olan evi təxminən bir günü 30-35 usd tapmaq olar. Çox gözəl old town (Stari Grad) var.Çimərlik sevənlər üçün ən doğru ünvanlardan biri Budvadır. Mogren çimərliyi 2004-cü ildə mavi bayraq alıb. Qumluqdur, ancaq dənizin içi daşdır. Məşhur rəqs edən qız heykəli də burdadır. Ən rahat çimərlik isə Jazz beach-dir. Həm sahil həm də dəniz qumdur.Bütün bu gözəlliklərin yanında dünyanın ən romantik yerlərindən biri olan Sveti Stefan adasını Budvadan 10 dəqiqəlik məsafə ayırır.


Deməli mərkəzdə Slovenska beach adlı çimərlik var, görən kimi necə suya atılmışamsa üç-dörd saat sonra hiss etdim ki, telefon şortikin cibində qalıb. Telefonu bərpa etmək üçün bütün vasitələrdən istifadə etdim. Heç 10 manata da alan olmadı. Budvadan gözlə görünən məsafədə Sveti Nikola adlası var. Burada da gözəl çimərliklər var. Gəmi ilə üç avroya getmək olur. Dəniz suyu o qədər təmizdir ki, balıqlar aydın görünür.
Dəniz yeməkləri həvəskarları üçün ideal yedir. Old town və yaxtaların arasındakı küçədə (Budva Marina) La Villa və Shanghai restoranlarında ömrümdə görmədiyim suşi və xüsusilə qeyri adi yeməklər yaddan çıxmaz. Qiymətlər isə bizimlə müqayisədə daha əlverişlidir.

Elşən İsmayılov

OXŞAR XƏBƏRLƏR