Tanrıların adası – ŞƏXSİ TƏCRÜBƏ

Tanrıların adası – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 12 Sentyabr 2018 11:53 816
Tanrıların adası – ŞƏXSİ TƏCRÜBƏ

Dünyanın ən gözəl yerlərindən biri olan Bali adası İndonezyanın 16min adasından biridir. Hər nə qədər ölkəmizdən uzaqda yerləşsə də adanı bir dəfə gördükdən sonra növbəti dəfə getməyə insan can atır. Bakı-Doha-Bali(Denpasar) reysi ilə adaya təxminən 13-14 saatda çatmaq mümkdündür. (Bakıdan Dohaya 3 saat, təxminən 1-2 saat aeroportda gözləmə və Dohadan Baliyə 8 saat). Ən böyük üstünlüyü Azərbaycan vətəndaşları üçün viza yoxdur və rahatca adaya getmək mümkündür. Bali ekvatorda yerləşdiyindən ilin bütün fəsillərində 30 dərəcədən çox isti olur. Bəzi aylarda musson yağışları olur amma bu heç kimin gözünü qorxutmasın, çünki yağışlar adətən gecə saatlarında yağmaqla səhər yağışdan əsər-əlamət qalmır. Mən dekabr ayında ora getməmişdən əvvəl internetdə dekabr ayının ən şiddətli musson yağışları dövrü olduğunu oxuyub düzü narahat olsam da orada qaldığım 15 gün ərzində 1 dəfə gündüz saatlarında yağış yağdığını gördüm. Yəni istənilən fəsildə rahatca gedilə biləcək bir yerdir. Təyyarədə gedərkən yanımda oturan İngiltərə vətəndaşı 16 ildir ilin 1 ayının Baliyə gəldiyini, hər dəfəsində eyni həyəcan və zövqü aldığını deyib ağızdolusu buranı təriflədikdə düzü adaya tez çatmağa dahada can atırdım. Balidə istifadə edilən pul vahidi indoneziya rupisidir. (IDR 100$-1 350 000). Deməli aeroportda qapıdan içəri girdiyimiz andan etibarən Balidən ayrılarana qədər insanlar bizimlə ancaq gülər üzlə rəftar edirdilər. 15 gün ərzində mən burada narahat vəziyyətdə olan insan üzü demək olar görmədim)). Gedəcəklər üçün Balidə Bluebird firmasına məxsus taksiləri və ya Uberdən istifadə etməyinizi məsləhət görürəm. Taksiyə oturduğunuz andan taksimetri açmasını deyin yoxsa 2-3 qat baha başa gəlir. Bluebird taksilərini istənilən yerdə rahatca tapmaq mümkündür. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.

Adaya gedən şəxslərə 15 gündən az getməməyi məsləhət görürəm. Yolun uzaqlığı və gəziləcək yerlərin çoxluğunu nəzərə alaraq 1 həftə getmək mənasızdır. Hə maddi cəhətə gəldikdə Bali dünyanın ən ucuz yerlərindən biridir. İctimai nəqliyyat olmadığı üçün burada baha olan tək taksilərdir. Qalan bütün hər şey- yemək, əyləncə, masaj, gəzinti və s. minimum büdcə ilə etmək mümkündür. Nəqliyyat problemini həll etmək üçün scooter kirayəyə götürmək olar. Günü 5-10 dollara başa gəlir. Benzin ucuzdur. Bizim sürücülük vəsiqələri orada tanınmır. Ama skooter sürən o qədər çoxdur ki, heç yoxlayan da yoxdur. Yada ən gözəli otostop edin. İnsanlar heç bir problem olmadan maşınla sizi istədiyiniz yerlərə aparır. Deməli adada Nusa Dua ancaq otellerin və imkanlı təbəqələrin yaşadığı ərazi sayılır. (Otellər kifayət qədər ucuzdur. 4 ulduzlu okean kənarında yerləşən oteldə 2 nəfərlik otağı günlük 50 manata tutmaq mümkündür). Kuta və Seminyakı Balinin mərkəzi hesab etmək olar. Tonlarda oteller var və rahatca 1-2 gün qabaqcadan ucuz 3-4 ulduzlu otel tapmaq mümkündür. Ubud bölgəsi isə Balinin dağlıq və meşəlik hissəsində yerləşir. Meymun meşəsi, Düyü terrasları, kofe plantasiyaları, vulkanik dağlar və göllər və sayısız şəlalələr. Adanın Ubud adlanan hissəsində okean olmasada təbiətdə axtara biləcəyiniz hər şeyi burada tapa bilərsiniz. Həmçinin Ubud bölgəsində günlük 25-50 dollar aralığında pul ödəyərək 2-3 otaqlı, şəxsi hovuzu olan villalar kirayəyə götürə bilərsiniz. Ada başdan ayağa turist qaynayır. Əsasən avstraliya, çin, koreya, rusiyadan olan turistlər çoxluq təşkil edir. Adada hər addımda masaj salonları var. Mənim fikrimcə dünyada ən ucuz və keyfiyyətli masaj Balidədir. Müqaisə etsək Antalyada hər hansı oteldə 1 saatlıq masaj minimum 50 dollardan başlayır. Lakin Balidə 50000-100000 İDR (təxminən 10 manat) ödəyib 1 saat masaj etdirmək mümkündür. Ən məsləhətlisi adada 5 gün Nusa Dua, 7-8 gün Kuta və Seminyak, 2-3 gün isə Ubud hissəsində qalmaqdır.

18920986_1665397603489863_2931323943211832996_o

Hə birdə BAlinin təxminən 1 saatlığında yerləşən Gili-Air island isə başqa hekaydir. Adada yalnızca scooter, velosiped və faytonla gəzmək mümkündür. Avtomobil yoxdur. Oteller çox ucuzdur. Kuta bölgəsindən 20 manat verərək katerlə həmin adaya gedə bilərsiniz. Bali Discount adlı facebukda da yerləşən firma vasitəsilə bütün adanı günlük 50 manat ödəməklə gəzə bilərsiniz. Özləri rus, inqilis dili bilən sürücü və avtomobil göndərirlər. 1 gün dayanmadan bütün adanı gəzdirir və izah edir. Həmçinin adanın Kuta bölməsində dünyanın ən böyük 2-ci, Asiyanın isə ən böyük aquaparkı yerləşir. Aquparka giriş qiyməti 35 manatdır və içəridə sonsuz adrenalin yaşamaq mümkündür)). Sonda deyim ki, bir gün şans olarsa buraya mütləq gedin, bu adaya çatdıqdan sonra heç pul olmadan belə 1 ay keçirmək olar. Couchsurfing vasitəsilə muxtəlif evlərdə qalmaq, helpex vasitəsilə isə işləyib pul qazanmaq mümkündür. Otellərin bir çoxu gündə 1 2 saatlıq işləməyin qarşılığında pulsuz otaq və yeməklə təmin edirlər.

Mənbə: Gezeyenler 

OXŞAR XƏBƏRLƏR