Xaricdə təhsil alan tələbələrin hesabında bu qədər pul olmalıdır - MÜSAHİBƏ

Xaricdə təhsil alan tələbələrin hesabında bu qədər pul olmalıdır - MÜSAHİBƏ
Təhsil və karyera 14 Sentyabr 2018 11:34 770
Xaricdə təhsil alan tələbələrin hesabında bu qədər pul olmalıdır - MÜSAHİBƏ

Son zamanlar bütün dünyada olduğu kimi ölkəmizdə də gənclər xarici ölkələrdə təhsil almağa üstünlük verirlər. Gənclər bunu müəyyən məsələlərə görə bu cür addım atdıqlarını bildirirlər. Bəs xaricdə təhsilin asan və çətin tərəfləri nədir? Seyyah.az bu suallara aydınlıq gətirmək üçün Stimul təhsil şirkətinin  nümayəndəsi Emil Qasımovla həmsöhbət olub. Odur ki, müsahibəni olduğu kimi təqdim edirik.

Xaricdə təhsil almaq üçün müəyyən yaş həddi var?
Xaricdə təhsil almaq üçün attestat olması vacibdir. 17 yaş minimum həddir.

Xaricə təhsil almağa gedən tələbənin hesabında hər hansı bir məbləğdə vacib pul olmalıdır?
Tələbənin seçdiyi ölkədən asılı olaraq dəyişir. Türkiyə üçün bu tələb yoxdur. Avropa ölkələri üçün 3000 avro – dan başlayaraq bank hesabında məbləğ olmalıdır.

Xaricdə təhsil alan tələbələrin yaşam xərcinin ən az və ən çox  çıxdığı ölkələr hansılardı?
Yaşam xərclərinin ən az çıxdığı ölkələrə Ukrayna və Türkiyə ən baha ölkələr sırasına isə ABŞ, Norveç və İngiltərəni göstərmək olar.

Avropanın hansı ölkələrinin dövlət universitetlərinə birbaşa attestala qəbul aparırsız? Qəbul nə zaman aparılır?
Ümumiyyətlə xaricdə təhsil almaq üçün dil sertifikatı (TYS, İELTS və ya TOEFL) tələb olunur. Türkiyə, Gürcüstan, Ukrayna  universitetlərinə qəbul attestatla imtahansız aparılır. Digər avropa ölkələrində təhsil almaq  üçün isə dil sertifikatı kifayətdir. 

 - Təqaüdlü təhsili hansı ölkələr aparır nə qədər təqaüd verilir?
Avropada, ABŞ və Kanadada təqaüd proqramları var. Akademik göstəriciləri yüksək olan tələbələr təqaüd ala bilirlər.

- Attestatla qəbul necə aparılır?
Xarici tələbələr ölkə daxili imtahanlardan azad olunurlar və yalnız gələcək tələbənin ortalama attestat qiymətləri nəzərə alınır.

Xaricdə dil kursları təşkil edirsiz? Əsasən hansı ölkələrə təşkil olunur?
Dil kurslarını tələbənin istəyindən və büdcəsindən asılı olaraq təklif edə bilirik. 
Bizim istiqamətlər Rusiya-rus dili, Çexiya- çex və ingilis dili, Malta-ingilis dili, Almaniya – alman və ingilis dili, Avstriya – alman və ingilis dili, İspaniya – ispan dili, Polşa – polyak və ingilis dili, İngiltərə - ingilis dili,Fransa-fransız dili,Çin – çin dili, ABŞ – ingilis dili, Kanada – ingilis və fransız dili

Qarşıdan hansı əcnəbi universitetlərdə sənəd qəbulu başlayır?
Qarşıdan magistr qəbulları başlayır. Noyabr-Yanvar aylarında sənəd qəbullarını həyata keçiririk.

Azərbaycanlı tələbələr ən çox hansı ölkənin universitetlərinə üz tuturlar?
Əsas istiqamət Türkiyə universitetləridir. Avropadan Polşa və İtaliya universitetləridir.

Təhsil şirkəti olaraq hansı ölkənin və hansı universitetləri tövsiyə edirsiz?

Bu təbii ki, tələbənin seçdiyi ixtisasdan, büdcəsindən və ingilis dili biliyindən asılıdır. Əgər tələbə ingilis dilində və təqaüdlə oxumaq istəyirsə İtaliyanı və Polşa universitetlərini məsləhət görürük.Turizm ixtisasını seçənlər üçün Türkiyə universitetlərini məsləhət görürük. İqtisadiyyat və siyasət seçimi edənlər üçün İngiltərə yaxşı seçimdir. Kanada və ABŞ universitetlərində isə İT, Biznes, Humanitar və mühəndislik seçimləri edə bilərsiniz.

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR