Gürcüstan vətəndaşlıq verməyi çətinləşdirir – MƏBLƏĞ ARTACAQ

Gürcüstan vətəndaşlıq verməyi çətinləşdirir – MƏBLƏĞ ARTACAQ
Xaricdə iş və miqrasiya 17 Sentyabr 2018 12:07 1093
Gürcüstan vətəndaşlıq verməyi çətinləşdirir – MƏBLƏĞ ARTACAQ

Gürcüstan hökukməti xaricilərin burada vətəndaşlıq və yaşayış izni alması üçün şərtləri sərtləşdirmək qərarına gəlib. Seyyah.az xəbər verir ki, buna səbəb ölkədəki yeniliklər fonunda buraya köçmək istəyənlərin sayınnı artması və hökumətin bundan maksimum faydalanmaq istəyidir. 
Nəticədə ölkə parlamentinə daxil olan yeni qanun layihəsində xarici vətəndaşların yaşayış izni alması üçün minimum yatırım məbləğinin artırılması nəzərdə tutulur.  İlkin məlumata görə, yatırım məbləği 3 dəfə artırılacaq.
Qeyd edək ki, 2015-ci ildə Gürcüstan hökuməti xariciləri ölkəyə cəlb etmək üçün yaşayış izni şərtlərin sadələşdirmişdi. Həmin vaxt qəbul edilən qərara görə, ölkədə 35 min dollarlıq əmlak alan və ya ölokə iqtisadiyyatına 120,5 min dollar yatırım edən şəxs Gürcüstanda yaşayış izni ala bilərdi. Bu şərtlərə xaricilər böyük maraq göstərib və iki il yarım ərzində 1522 belə icazə alınıb. Özü də 2016-cı ildə belə investorların sayı 328 olduğu halda 2017-ci ildə 3 dəfə artaraq 1173 olmuşdu.

Bunlar həm qonşu, həm də uzaq ölkələrdən olanlardır. Onların arasında Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan, Ukrayna, Hindistan, Çin və İran ətəndaşları olub. Nəticədə hazırda Gürcüstan iqtisadiyyatı, xüsusilə də daşınmaz əmlak bazarı böyük bum yaşayır.
İndi isə hökumət hesab edir ki, xaricilər ölkədə yaşayış izni üçün olduqca aşağı məbləğ ödəyirlər. Üstəlik, bir nəfərin hesabına bütün ailə Gürcüstanda yaşamağa başlayır.
Nəticədə məbləğləriartırmaq qərara alınıb. Yeni qanun layihəsinə görə, artıq daşınmaz əmlaka 35 min dollar deyil 100 min dollar, ölkə iqtisadiyatına isə 120 min dollar deyil, 300 m irn dollar yüatırım etmək lazım olacaq.
Üstəlik bu məbləğ müqabilində xaricilərə yaşayış izni cəmi 5 illiyə veriləcək. Müddəti uzatmaq istəyənlər ölkəyə yatırımları davam etdirməli olacaq. 
Mənbə: FED 

OXŞAR XƏBƏRLƏR