“Fatmagülün suçu ne” serialinin çəkildiyi balıqçı qəsəbəsi - ŞƏXSİ TƏCRÜBƏ

“Fatmagülün suçu ne” serialinin çəkildiyi balıqçı qəsəbəsi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 19 Sentyabr 2018 12:11 973
“Fatmagülün suçu ne” serialinin çəkildiyi balıqçı qəsəbəsi - ŞƏXSİ TƏCRÜBƏ

Başqa Alaçatı…

Türkiyədə bəzi yerlər var, pulu çox olub bunu nümayiş etdirmək istəyənlərin, pulu az olub çoxmuş kimi görünmək istəyənlərin ve az pulla da ölkənin maraqlı bölgələrini kəşf etmək istəyənlərin hamısını bir arada görə bilərsiniz. Bu yerlərdən bəlkə də birincisi Alaçatıdı. Sezonda qiymətlərin kəllə-çarxa çıxdığı, hər küçədən fərqli bir musiqi səsinin gəldiyi, səviyyənin her keçən il bir az daha düşdüyü, amma hələ də Ege tətili deyərkən hər kəsin ağlının bir kənarında duran, çox gözəl butik otelləri, restoranları, mağazaları, aşırı gözəl yeməkləri, səhər yeməkləri, aşırı instaqramik küçələri olan bir yerdi.
Sizi bilmirəm, mən Alaçatıda ancaq 2 gün qala bilərdim ve elə də elədik. 2 günün axşamını, 2 gün də səhər erkənden boş (təbii ki daha gözəl) küçələrini gəzdik, bəs elədi.

Amma Alaçatı ətrafında tətilinizi 4-5 günə çıxardacaq gözəl yerlər var. Mən indi o 4-5 günlük tətil tövsiyələrini bölüşürəm.

– İzmirdən Alaçatıya avtobuslarla çox rahat gedə bilərsiz. Teyyarəyle İzmirə getmisizsə, HAVAŞ-la 25 lireye Çeşmeyə, oradan dolmuşla Alaçatıya gedə bilərsiz. Və ya HAVAŞ-dan Alaçatı ayrımında durmasını istəyib taksiylə keçə bilərsiz (taksi tapmaq bir az çətin ola bilər). Türkiyənin başqa yerlərindən də avtobusla Alaçatıya gedə bilərsiz (Çeşmə avtobuslarına minəcəksiz)
İkinci variant, İzmir otogarından (19 tl) və ya İzmir Üçkuyular semt qarajından (15 tl) Alaçatıya gedə bilərsiz. İzmir- Alaçatı arası 1 saatdı.

– Alaçatıya getmək asandı, amma ətrafı gəzmək istəyirsizsə, maşın kirayələmək ən sərfəli variantdı. İzmir havalimanından maşın götürə bilərsiz.

– Alaçatı axşamüstünə qədər səssiz, sakit, axşam isə aşırı qələbəlikdi. Rahat foto çekib gəzmək üçün səhər tezdən çıxa bilərsiz.

– Ən məşhur yeri Hacı Memiş sokağıdı – hər şey bu küçənin ətrafında dönür:) Mağazalar, barlar, restoranlar, Hacı Memiş və paralelindəki küçədədi. Bir gündə hamısını görmək mümkündü.

– Digər məşhur yer də Alaçatı deyirmanlarıdı – məhəllənin yuxarı hissəsindədi.

– Otelləri çox bahalıdı, ən az 2-3 ay əvvəldən çoxu dolmuş olur. Ayrıca, qafa dinləmək istəyənlərə sezonda Alaçatı mərkəzdə qalmağı tövsiyə eləmirəm. Ancaq yenə də 2 nəfərə 300-400 lirə civarında otel tapmaq mümkündü. Biz 5 km məsafədə Reisderede çox çox gözəl bir butik oteldə qalmışdıq. Airbnb-dən evlərə də baxa bilərsiz.

– Alaçatıya gedişinizin bir gününü mütləq həftənin altıncı gününə salın. Altıncı günlər açılan Alaçatı bazarı o bölgədə çox məşhurdu, siz də görün.

– Alaçatının ən məşhur restoranı Asma Yaprağıdı. Ancaq axşam orada yemək yemək istəyirsizsə, ən az bir-iki ay əvvəldən rezervasiyanız olmalıdı. Ancaq günorta da yemək servisləri var – rezervasiyasız gedə bilərsiz. Bir az sırada gözləyəcəksiz, amma dəyər.

– Asfalya, Kabak Çiçeği və Fava restoranları da mənim bəyəndiyim digər üç yerdi.
Alaçatıda uzuz yemək axtarmayın.

– İmren Pastanesinin saqqızlı dondurması və qurabiyəsi, Dondurminonun dondurması meşhurdu.

– 1850 oteldə qalmasanız belə, kafe olaraq gedə bilərsiz. Nisbətən sakit bir yerdə olduğu üçün gözəl bağçasında çayınızı içə bilərsiz.

– Dutlu Kahvedə gündüzləri çay-qəhvə, axşamlar rakı-balıq olur.

– Turşu suyu içmeyi, Nikonun mürəbbələrinden almağı unutmayın:)

– Hədiyyəlik əşya üçün Çatladı Kapı adlı bazara gedin.

– Alaçatı mərkəzdə dəniz yoxdu. Ən yaxın dəniz 5 km məsafədə Port Alaçatıdadı. Sörfçülərin əsas mərkəzi də buradı. Sabahla axşam arasında vaxtınızı burada keçirə bilərsiz. Çox pulunuz varsa axşama qalıb Ferdi Baba restoranında balıq yeyin.

– 3-cü günü Alaçatı ətrafını gəzməyə başlayın. Alaçatı coğrafi baxımdan bir çox yerə gedə biləcəyiniz məsafədədi.

– Soyuq dəniz üçün Çeşme Altınkuma gedə bilərsiz. Bölgənin ən gözəl dənizlərindən biridi, çimərliklərə giriş pulludu və çox ucuz deyil, nəzəre alın. İnternetdən tapa bilərsiz qiymətləri. Altınkumda dənizə girdikdən sonra Çeşme Marinada yeməyinizi yeyib, kahvenizi içib Alaçatıya dönə bilərsiz.

– İlıq və daha ucuz dəniz içün Ilıcaya gedin. Ilıcada yeraltı termal sular səbəbilə su ilıqdı və dəniz çox gec dərinləşir. Dənizdən çıxınca ya Kumrucu Hüseyin-də kumru yeyin, ya da Dost Pide-nin pidelərinin dadına baxın. İkisi də çox sadə yerlərdi, ilk görünüşə aldanmayın:)

– – “Balıq Dalyanda yenir” deyə bir söz var. Balıq yemək üçün Çeşme Dalyana gedə biləriz – maşınla 25 dəqiqe yoldu. Balıkçı Hasan bölgənin ən yaxşılarındandı.

– Bir gününüzü mütləq İldırı köyünə ayırın. Məşhur “Fatmagülün suçu ne” dizisinin çəkildiyi kiçik bir balıqçı qəsəbəsidi bura. Bizim Çeşme yarımadasında sevdiyimiz ən gözəl yerdi. Qalmaq istəsəniz bir otel də var. Rakı-balık və ya səhər yeməyi, ya da günorta qəhvəsi üçün də kəndin üstündə dəniz mənzərəli möhtəşəm Agora Kafe var. Günbatımı mənzərəsi üçün də Manzara Kafe. Axşam üstü yer tapmaq olmur -günbatımı çox gözəldi. Zeki Müren adasına doğru oturub mənzərəni izləmək çox hüzur vericidi. Orada lokma yeyin.

– Ən nəhayət, dolanbaclı yollardan qorxmuram,daha da pozulmamış yerlər axtarıram deyirsizsə, Ildıra bir saatlıq məsafədəki Karaburuna gedin.

– İzmir üzərindən dönəcəksizsə, gözəllər gözəli Urlaya da baş çəkin

Bu da sizə 5 günlük tətil planı:))

P.S. Mən yemək sevən olduğum üçün getdiyim yerlərin yaxşı yemək verən yerlərini ayrıca araşdırıram, sizin üçün fərqi yoxdursa, nəzərə almaya bilərsiz:)

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR