Türkiyə vətəndaşlığını almaq asanlaşdı - MƏBLƏĞ AZALDILDI

Türkiyə vətəndaşlığını almaq asanlaşdı - MƏBLƏĞ AZALDILDI
Xaricdə iş və miqrasiya 19 Sentyabr 2018 12:59 1877
Türkiyə vətəndaşlığını almaq asanlaşdı - MƏBLƏĞ AZALDILDI

Türkiyə vətəndaşlığı almaq üçün müəyyən edilmiş investisiya limiti kəskin azaldılıb. 

Bu barədə Seyyah.az türk mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, əgər indiyə qədər Türkiyədə 1 mln. ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verilirdisə, hazırda sözügedən məbləğ 250 min dollardır. 

Bundan başqa, qonşu ölkədə investisiya limiti biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün 2 mln. dollardan 500 min dollara, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 mln. dollardan 500 min dollara endirilib. 

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR