Ecazkar ölkədə tələbələr üçün güzəştlər - CƏMİ 2 AVROYA

Ecazkar ölkədə tələbələr üçün güzəştlər - CƏMİ 2 AVROYA
Təhsil və karyera 20 Sentyabr 2018 17:09 526
Ecazkar ölkədə tələbələr üçün güzəştlər - CƏMİ 2 AVROYA

Bəzən  yunan mədəniyyyəti və dilini sevən gənclər oxumaq, işləmək üçün Yunanıstana da üz tutur. Təbii ki, bu zaman onların diqqət etdiyi əsas məsələlərdən biri orada yaşam xərclərinin necə olmasıdır.

Seyyah.az Yunanıstanda yaşayanların təcrübələri əsasında məlumatları təqdim edir:

Qara dəniz sahillərində yerləşən Yunanıstanda bütün universitetlərə Milli Təhsil və Dini İşlər Nazirliyi tərəfindən nəzarət edilir.

Burada əcnəbi  tələbələr üçün təhsil haqqı 300-500 avro arasında dəyişir. Yaşayış xərcləri isə təxminən, 700 avro təşkil edir. Afinada kirayə qalmaq istədiyiniz halda, aylıq 250-300 avronuz çıxacaq. Tələbələr üçün bəzi güzəştli qiymətlər müəyyən edilir. Məsələn,  2 avro ödəyərək nahar edə bilərsiniz.

Yunanıstanda əcnəbi tələbələr üçün təqaüd imkanları da var. Məsələn, Yunan tarix və mədəniyyət sahəsini  öyrənmək üçün təqaüd təmin edir.

Burada 3 aydan bir neçə ilə qədər davam edən təqaüd proqramları var.

Ölkədə müxtəlif fondlar tərəfindən təqaüdlər ayrılır.  Rum Xarici İşlər Nazirliyi, Milli Təhsil və Dini İşlər Nazirliyi, Dövlət Təqaüd Fondu (Niky), Alexander Onassis Fondu  belə qurumlara aiddir.

Mənbə: Azedu

OXŞAR XƏBƏRLƏR